CƏHƏNNƏM ƏZABIN KULİMİNASİYASI VƏ SON DƏRƏCƏ MƏHRUMİYYƏT
Cəhənnəm barədə növbəti mövzumuz əzabın ən ağır forması və məhrumiyyət gözü haqqında olacaqdır. Cəhənnəm əhlinə verilən ən ağır cəza üsulu onlarla Allah arasında pərdə çəkilməsi, onların Allahdan uzaq olması, Allahın Cəhənnəm əhlindən imtina etməsi və onlara olan nifrət və qəzəbidir. Bununla yanaşı Allahın Cənnət əhlindən razılığı, ancaq onlara görünməsi və möminlərin ancaq Onu görməsi Cənnətin bütün naz-nemətindən daha əfzəldir.
«Xeyr, o gün Rəbbinin mərhəmətindən məhrum olacaqlar! Sonra Cəhənnəmə varid qalacaqlar. Sonra da onlara: “Bu sizin (dünyada) yalan saydığınız (Cəhənnəmdir)!” deyiləcəkdir».
Allah-taala yuxarıdakı ayələrdə əzabın üç növünü xüsusi olaraq vurğulayır. Bunlar Allahın mərhəməti ilə Cəhənnəm əhli arasındakı pərdə, sonra onların Cəhənnəmə varid olması və daha sonra isə bu dünyada təkzib edərək qəbul etmədiklərinə görə məzəmmət olunmalarıdır. Bu da öz növbəsində Allahın Cəhənnəm əhlinə olan sırf qəzəbi, həqarətin ən yüksək həddi və məhrumiyyət gözüdür. Gəlin hamılıqla Allaha yalvaraq ki, bizi Onun möhtərəm və nurlu sifətinə, zülcəmalına tamaşa etmə ləzzətindən məhrum etməsin!