featured-image-1824

Sual-Cənnətə kimlər gedir?

Cavab-Həmd Allaha məxsusdur.

Cənnətin Xaliqi, Yaradanı bizə cənnətə daxil olanların vəsflərini, xüsusiyyətlərini xəbər vermişdir. Nisa surəsində Allah təala buyurur: “Həm kişilərdən, həm də qadınlardan mömin olaraq yaxşı işlər görənlər Cənnətə girərlər və onlara xurma çərdəyinin qırıntısı qədər haqsızlıq edilməz.” (ən-Nisa 4:124)

Həmçinin Əhqaf surəsinin 13-14-cü ayələrində Allah təala buyurur:

13-“Şübhəsiz: “Rəbbimiz Allahdır!” — deyənlərin, sonra da (sözünün üstündə) möhkəm duranların (qiyamət günü) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə də görməyəcəklər!

14 – Belələri cənnətlikdirlər, onlar (dünyada) etdikləri (yaxşı) əməllərin əvəzi olaraq orada əbədi qalacaqlar!” (Əhqaf 46: 13-14)

Məryəm surəsində 60-cı ayədə Allah təala buyurur: “Tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Onlar heç bir zülm (haqsızlıq) görmədən Cənnətə daxil olacaqlar”. (Məryəm 19:60)

Allah təslim olan (müsəlman olan) hər bir kəs, Allahın əmr etdiklərini yerinə yetirən və Onun qadağan etdiklərindən çəkinənlər cənnətə daxil olacaqlar.

Muhammad Saleh əlMunəccid

Bənzər Məqalələr

media-img_3438

Bəzi şeylər zamanı gəlmədən gerçəkləşmir. Daim mübarizə aparmaq, hər bir təfərrüatı nəzarətdə saxlamağa çalışmaq və nəticələrə ilişib qalmaq insanı yorur. Halbuki insan hər şeyi idarə edə bilməyəcəyini qəbul etdikdə, daxilindəki […]
Daha ətraflı