Duanın fəziləti
Duanın çoxlu və əzəmətli faydaları vardır. Bunlardan;
1. Dua Allaha itaət, və Onun əmrini yerinə yetirməkdir. Uca Allah buyurur: “Rəbbiniz dedi: “Mənə dua
edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər”. (Ğafir,60)
2. Dua ibadətdir. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “Həqiqətən dua ibadətdir”. (Əbu Davud, Tirmizi, İbn Macəh. Albani hədisi səhihləşdirmişdir)
3. Allah üçün ən əziz əməldir. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun)
buyurmuşdur: “Uca Allaha duadan əziz şey yoxdur”. (Tirmizi, İbn Macəh, Əhməd.Albani hədisi həsənləşdirmişdir) Başqa hədisdə Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurur: “Sizin Rəbbiniz həyalı, kərəm Sahibidir, əllərini Ona tərəf qaldırıb dua edən qulunun əllərini boş qaytarmaqdan utanır”. (Əbu Davud, İbn Macəh. Albani hədisi həsənləşdirmişdir)
4. Dua insanı Allahın qəzəbindən qoruyan ən mühüm səbəbdir. Kim Allahdan istəməzsə Uca Allahın ona qəzəbi tutar. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “Kim Allahdan istəməzsə Allahın ona qəzəbi tutar”. (Tirmizi, İbn Macəh. Hakim. Albani hədisi həsənləşdirmişdir)
5. Dua sahibini acizlikdən qurtarır. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “İnsanların ən acizi dua etməkdə aciz olanıdır. İnsanların ən paxılı isə salam verməyə paxıllıq edəndir”. (İbn Hibban. Albani hədisi səhihləşdirmişdir) İnsanlar arasında ən bədbini, gələcəyinə ümidlə baxmayanı və ən acizi isə ən az dua edən kimsədir. Çünki dua insana qüvvət və fayda verir.
6. Bəla gəlməzdən əvvəl ondan qorumaq üçün ən böyük səbəbdir. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun)
buyurmuşdur: “Qədəri yalnız dua dəyişir”. (Tirmizi, İbn Macəh, Əhməd. Albani hədisi səhihləşdirmişdir)
———–
Abdullah
DUANIN FƏZİLƏTİ
Şübhəsiz həmd ALLAH`adır! Ona həmd edir, Ondan yardım və bağışlanma diləyirik! Nəfslərimizin şərindən və pis əməllərimizdən ALLAH`a sığınırıq! ALLAH kimə hidayət verərsə, onu heç kim azdıra bilməz. Kimi də azdırsa, ona heç kim hidayət verə bilməz. Şəhadət edirəm ki, ALLAH`dan başqa haqq ilah yoxdur. O, Təkdir və şəriki yoxdur. Şəhadət edirəm ki, Muhəmməd (sav) Onun qulu və Rəsuludur. UCA ALLAH Ona, əhli-beytinə və əshabına xeyir-dua və çoxlu salam etsin! (daha&helliip;)
DUANIN FƏZİLƏTİ
Duanın fəzilətinə dair bir neçə ayə və hədisləri qeyd etmək yerində olardı ki, qoy dua edən hər bir kəs etdiyi duasına görə Allah- təala tərəfindən hansı mükafatlara layiq olduğunu bilərək dua etməkdən heç bir zaman usanmasın.
Duanın fəzilətinə dair bir neçə ayə və hədislər aşağıdakılardır:
1. Dua etmək Allaha itaət və Onun əmrini yerinə yetirməkdir
Allah-təala Qurani-Kərimdə buyurmuşdur: (daha&helliip;)







