Əbü’l-Qasım Abdullah ibn Əhməd ibn Yusif Bərdəi
Şafi’i məzhəbinə mənsub fəqih idi. Əbü’l-Qasım Bərdəi adı ilə tanınan alim məşhur mühəddis Əbü’l-Həsən Əli Darəqutninin (öl. 995) yaxın dostu idi. Əbü’l-Qasım Bərdəi həmçinin istedalı şair idi. O, imam Şafi’ini (öl. 819) mədh edən qəsidələr yazmışdı. Dostu Əbü’l-Qasım Bərdəinin vəfatından mütəəssir olan Əbü’l-Həsən Əli Darəqutni bu münasibətlə bir qəsidə qələmə almışdı. İbnü’s-Səlah həmin qəsidənin bir neçə beytini öz əsərində qeyd etmişdi (1) Əbü’l-Qasım Bərdəinin ölüm tarixini müəyyənləşdirmək mümkün olmamışdır. Darəqutninin müasiri olduğuna görə onun X əsrdə yaşadığını təxmin etmək olar.
(1) Təqiyəddin Əbu Əmr Osman ibnü’s-Səlah ŞƏHRƏZURİ, Təbəqatü’l-Füqəhai’ş-Şafi’iyyə, (Hzr. M. Ə. Nəcib), C. I, s.
——————
Orta Əsrlərdə Yaşamış Azərbaycanlı Alimlər
Müəllif : Tarix Elmləri Doktoru
Elnur Nəsirov
Bakı:2011