MÜASİR ELMİN BANİLƏRİ – MÜSƏLMANLAR (3-cü hissə | SİNUS)
‘MÜASİR ELMİN BANİLƏRİ – MÜSƏLMANLAR’ adlı iki hissədən ibarət yazımızda, günümüzdə müasir elm deyə bildiyimiz məfhumların əksəriyyətinin əslində müsəlmanlar tərəfindən bəşəriyyətə qazandırılması haqqında bəhs etmişdik. Aralıq dənizinin həqiqi uzunluğunun ilk dəfə müsəlman alimlər tərəfindən ölçülməsinə (2-ci hissə) toxunduqda, ‘sinus’ məsələsini daha geniş şəkildə 3-cü hissədə müzakirə etməyi planlaşdırmışdıq..
Sinus məsələsinə toxunaq.. Triqonometriyanın tarixini bilənlər çox gözəl bilirlər ki, əvvəllər sinus, kosinus kəlmələrinin əvəzinə “Cəyb”, “Tacəyb” kəlmələrinindən istifadə olunurdu.. Cəyb – ərəb sözüdür və bu sözü ilk dəfə, Xəlifə Məmun dövründəki Müsəlman alimlər, məsafələri ölçərkən istifadə etmişdilər. Həmin dövrün insanları uzunluğu cibə bənzətmiş və buna bizim dilimizdə qarşılığı cib olan – cəyb deyirdilər. Hesablamalarında, kitablarında “cəyb aşağı, cəyb yuxarı” –deyə bir çox hesablamalar edirdilər.. Bu kitabları, Xaçlı (Səlib) yürüşlərindən sonra avropalılar ələ keçirmiş və müsəlmanların Aralıq dənizi hövzəsini dəqiqliklə hesabladıqlarına şahid olmuşdular. Lakin, bu hesablamaları necə etdiklərini və hesablamalar zamanı istifadə etdikləri “cəyb” kimi məfhumları heç cür başa düşə bilmirdilər.
Bu hesabları anlamadan, lüğət kitablarını açmış və orada “cəyb” kəliməsinin Latınca qarşılığı olan “sinus” kəliməsini istifadə etməyə başlamışlar. Avropalıların bu məfhuma sinus adını verdikləri və bizim də, məktəblərimizdə yalnız onların məfhumlarından istifadə etməmiz səbəbilə, sahibi olduğumuz elmi – təəssüf ki, onların anlamadan götürərək, adını dəyişib “ortaya çıxardıqları” məfhumlardan istifadə edərək oxuyuruq.
Halbuki, bunları tapıb ortaya çıxaranlar – müsəlmanlardır. Avropalı bunları bizdən anlamadan götürmüş, indi də biz, anlamadan onlardan götürürük.
Bütün bunlar bir daha isbat edir ki, müasir elmin baniləri – bu gün “geridə qalmış” deyə göstərməyə çalışdıqları müsəlmanlardır.
(ardı var..)
Hazırladı: Ayxan Yaquboğlu
Materiallardan istifadə edərkən istinad vacibdir!