MÜASİR ELMİN BANİLƏRİ – MÜSƏLMANLAR (2-ci hissə)
Elm – müsəlmanların bütün dünya əhalisinə miras buraxdığı bir dəyərdir. Bu gün hər nə qədər müsəlmanların “geridə qalmış” olduqları, “elmsiz” olduqları “iddia” olunsa da, həqiqətləri bilən hər bir kəs, bunun doğru olmadığına şahiddir.
Qədim Misirlilər Aralıq dənizinin uzunluğunun – məsələn, hal-hazırki Misirin İsgəndəriyyə şəhərindən Aralıq dənizinin əks sahillərindəki şəhərlərə qədər olan məsafəni bugünkü həqiqi məsafənin 20/1-i qədərində hesab edirdilər.. Yəni, məsələn, Bakı-Ucar arasındakı məsafəni – 300 km qəbul edək. Onlar bu məsafəni 15 km hesab edirdilər.
İslam alimlərinə gəlincə.. Aralıq dənizinin həqiqi uzunluğunu ilk dəfə məhz İslam alimləri ölçməyə nail olublar. Necə ölçdülər? Abbasilər Xilafəti dövründə Xəlifə Məmun: “Mən Aralıq dənizi ətrafındakı Müsəlman torpaqlarının xəritəsini çıxartmaq, hər kəsin haqqını dəqiq olaraq təyin etmək istəyirəm. Mənə Aralıq dənizi ətfaındakı İslam diyarlarının xəritələrini dəqiq olaraq gətirin!” – dedi və bu işi alimlərə vəzifə olaraq tapşırdı.
İslam alimləri o zamanki imkanlara uyğun olaraq Aralıq dənizinin uzunluğunu ölçmək üçün bu metodu tətbiq etdilər: Aralıq dənizinin kənar sahilində qurulmuş bir şəhərdən ölçüyə başladılar. Hündür bir təpənin üzərinə çıxır, o təpədən etibarən görə bildikləri məsafəyə qədər, irəlidəki ərazilərə baxırdılar. Çıxmış olduqları təpənin, dənizdən olan yüksəkliyini ölçür, günəş batarkən isə, o zamankı ölçü cihazlarıyla aradakı bucağı ölçürdülər..
Məsələn, bu hesablamanı eynilə həmin metodla yerinə yetirməyə çalışsaq, bizim bəzi məfhumlara ehtiyacımız olacaq. Hansı məfhumlar? Bu gün triqonometriyada istifadə etdiyimiz sinus, kosinus, tangens, kotangens kimi məfhumlar.. Bu məfhumları ilk dəfə tapan – Xəlifə Məmun dövründəki müsəlman alimlərdir. Onlar bu məsafəni hesablayarkən, qarşılarındakı bucağın sinus və kosinusunu hesablayır və bu hesablar vasitəsilə məsafələri ölçürdülər. Bu sinus məsələsinə yenidən qayıdacağıq. Sadəcə Aralıq dənizi bölgəsinin genişliyini necə ölçdüklərini izah edək.. Getdikləri şəhərlərin təpələrinə çıxaraq, qarşıdakı şəhərlər istiqamətində müşahidələr edir, ara məsafələrini ölçür və beləcə təpələrə çıxa-çıxa, şəhərlər arasındakı məsafələri ölçə-ölçə bütün regionun uzunluğunu hesablayırdılar. Bu metodla tapmış olduqları uzunluq – bu gün müasir dünya xəritəşünaslarının təsbit etdikləri uzunluğun eynisidir. Qədim Misirlilərin Aralıq dənizinin uzunluğunu, bu gün bilinən ölçünün 20/1-i qədər olduğunu düşünmələrinə baxmayaq, müsəlman alimləri işi öz üzərilərinə götürmüş, o günkü imkansızlıqlara baxmayaraq, həqiqi məsafəni hesablaya bilmişdilər..
(ardı var..)
Hazırladı: Ayxan Yaquboğlu
Materiallardan istifadə edərkən istinad vacibdir!