featured-image-2109

Sual: Zövcəsinə lənət oxuyan, həmçinin zövcəsinin də ərinə lənət oxuduğu belə bir vəziyyətin hökmü nədir? Onlardan biri-digərinə evlilik nöqteyi-nəzərindən haram olurmu?

Cavab:
Həmd Allaha məxsusdur.

Lənətləşmək nəticəsində ər-arvaddan heç biri digərinə haram olmur və bunun nəticəsində boşanma baş vermir. Lakin kişinin qadına və yaxud qadının da kişiyə lənət oxuması böyük günahdır. Onlar mütləq Allaha tövbə etməli və etdiklərinə görə Allahdan bağışlanma istəməlidirlər. Həmçinin, bir-birinə lənət etdiklərinə görə bir-birindən halallıq almalıdırlar. Tövfiq Allahdandır. Allahın salamı və salavatı bizim peyğəmbərimiz sallallahu aleyhi və səlləm Muhəmmədə, onun ailəsinə və səhabələrinin üzərinə olsun.

Fətəvə əl-Ləcnə əl-Dəimə lil Buhus əl-İlmiyyə vəl-İftə (26/62)
106420

Elmi və Fətva araşdırma mərkəzi

Bənzər Məqalələr

media-img_3438

Bəzi şeylər zamanı gəlmədən gerçəkləşmir. Daim mübarizə aparmaq, hər bir təfərrüatı nəzarətdə saxlamağa çalışmaq və nəticələrə ilişib qalmaq insanı yorur. Halbuki insan hər şeyi idarə edə bilməyəcəyini qəbul etdikdə, daxilindəki […]
Daha ətraflı