featured-image-2889

əl-Həyy — Hər yönüylə tam bir həyata sahib olan deməkdir. İbn Abbas (r/a) deyir ki: «Həyy — gücünü itirməyən və yox olmayan deməkdir». Peyğəmbər (s.a.v) buyurdu: «Yə Həyyu, Yə Qayyumu Birahmətikə Əstəğisu Əslih Li Şəni Kulləhu Vələ Təkilni Ilə Nəfsi Tarfətə Ayn – Ya Həyyu! Ya Qayyumu! Rəhmətinlə yardım diləyirəm. Bütün işlərimi islah et və məni bir göz qırpımı belə öz ixtiyarıma buraxma»(Səhihul Tərğib vət Tərhib” 1/273. )

İbn Abbas (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) dua edərkən buyurdu: «…Sən əsla ölməyən və daima diri olansan»
(Buxari. )
əl-Qayyum — Ölməz, daima mövcud olan, heç bir şeyə möhtac olmayan, hər bir şeyin Ona möhtac olması mənasındadır. Qurani Kərimdə 3 ayədə Həyy İsmi ilə zikr edilmişdir. «Allah, Ondan başqa İlah yoxdur. Diridir (Həyy), ölməzdir (Qayyumdur)». (əl-Bəqərə 255). «Sən əsla ölməyən və daima diri olan (Allaha) təvəkkül et və Onu həmd ilə təsbih et». (əl-Furqan 58). Xattabi deyir ki: «Qayyum — sonu olmayan və varlığı daim olandır».

—————
“İsim və Sifətlər Tövhidi”
Toplayan və Tərtib Edən
Kamal Hüseyn

Bənzər Məqalələr