ƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR) MOVLƏ
əl-Movlə — «Allah sizin (MOVLANIZ) ixtiyar sahibinizdir. O, nə gözəl Mövla, necə də gözəl imdada yetəndir». (əl-Həcc 78). «O, ən gözəl həvadar (MOVLƏ) və ən yaxşı imdada çatandır». (əl-Ənfal 40). Həlimi deyir ki: «Movlə — yardım və dəstək gözləniləndir. Allah mülk sahibi olduğu üçün qulun Ona sığınmaqdan başqa bir çarəsi yoxdur. Çünki kölə ancaq sahibindən yardım gözləyər».
Qul Allaha dost olmalı, Ona inanmalı, Ondan gələn hər bir şeyi doğrulamalı və təsdiq etməli, əmrlərinə uymalı, qadağalarından çəkinməli, yalnız Ona güvənməli, açıq və gizli, bolluq və darlıq kimi bütün hallarda Ona təslim olmalıdır. Yalnız Onu və Rəsulunu sevməlidir.
Bəra İbn Azim (r.a) rəvayət edir ki, (Uhud) döyüşündə müşriklərlə qarşı-qarşıya gəldik. Peyğəmbər (s.a.v) məharətli ox atıcılarından (əlli nəfərlik) bir qrup əskəri ayıraraq başlarına da Abdullah İbn Cubeyr təyin etdi. Ona: «Bir an belə yerinizdən tərpənməyin. Hətta bizim onlara qalib gəldiyimizi görsəniz də belə yerinizdən tərpənməyin. Onların bizə qələbə çaldıqlarını (və quşların cəsədlərimizi diddiklərini) görsəniz də belə (mən sizə adam göndərmədikcə) bizə yardıma gəlməyin» deyə buyurdu. Müşriklərlə qarşılaşdığımız zaman (Allah onları məğlubiyyətə uğratdı) və onlar qaçmağa başladılar. Hətta dağa doğru ətəklərini toplayaraq qaçan qadınları da gördüm. (Ayaq biləklərində olan) halqaları da belə görsənirdi. Bizimkilər belə deməyə başladılar: «Qənimət! Qənimət!» İbn Cubeyr:
«Pəyğəmbər (s.a.v) sizə nə dediyini unutdunuzmu? Yerlərinizi tərk etməyin!» deyə tənbehlədi. Oxçular onun sözünü dinləməyərək: «(Vallahi biz də qardaşlarımızın yanına gedib qənimətdən götürəcəyik)» dedilər. Onlar bu əmrə etiraz edincə üzləri tərs çevrildi. (Nə edəcəklərini bilməyən dəlisovlara döndülər) və məğlub oldular. Yetmiş şəhid verildi. Pəyğəmbər (s.a.v) təpənin üzərində İbn Cubeyr (r.a) ilə qalan (on iki) nəfəri geri çağırdı. Gecə düşdükdə Əbu Sufyan üç dəfə səsləyərək: «Aranızda Muhəmməd varmı?» deyə soruşdu. Peyğəmbər: «Ona cavab verməyin» deyə buyurdu. Əbu Sufyan təkrar üç dəfə səsləyərək: «Aranızda Əbu Kuhafə varmı?» deyə soruşdu. Peyğəmbər yenə də: «Ona cavab verməyin» deyə buyurdu. Əbu Sufyan yenə də üç dəfə səsləyərək: «Aranızda Xattabın oğlu varmı?» deyə soruşdu. Heç kimsə ona cavab vermədi. Bundan sonra Əbui Sufyan: «Onlar hamısı öldürüldülər. Əgər sağ olsalardı cavab verərdilər» dedi. Bu sözlərdən sonra dözə bilməyən Ömər: «Ey Allahın düşməni yalan söylədin. Allah Rəsulu da, Əbu Bəkr də və mən də burdayıq və sağıq» dedi. Əbu Sufyan: «Savaş bir rəqabətdir. Günə gün! (Uhud Bədrə qarşılıqdır)» dedi və: «Şanın uca olsun ey Hubel!(Bəni Kinanə qəbiləsinin ibadət etdikləri bütün adıdır. Kəbədə yerləşirdi. ) ! «. Peyğəmbər: «Ona cavab verin» deyə əmr etdi. Səhabələr: «Nə deyək?» deyə soruşdular. Peyğəmbər: «Allah ən uca və ən üstündür» deyə buyurdu. Əbu Sufyan: «Bizim Uzzamız var, sizin isə Uzzanız yoxdur» dedi. Peyğəmbər: «Ona cavab verin» deyə əmr etdi. Səhabələr: «Nə deyək?» deyə soruşdular. Peyğəmbər: «Allah bizim Mövlamızdır, sizin isə Mövlanız yoxdur» deyə buyurdu. Əbu Sufyan: «Həqiqətən də siz öz ölülərinizin içindən tanınmaz hala salınmış kimsələri tapacaqsınız. Bunu mən əmr etmədim, lakin bu məni heç də məyus etmədi. Məni pisləməyin». Peyğəmbər: «Ona cavab verin» deyə əmr etdi. Səhabələr: «Nə deyək?» deyə soruşdular. Peyğəmbər: «Bizim ölülərimiz Cənnətdə, sizinkilər isə Cəhənnəmdədir» deyin
(Buxari 3039, Təfsir Ali İmran 10, Məğazi 9,17,20, Əbu Davud 2662.)
————–
“İsim və Sifətlər Tövhidi”
Toplayan və Tərtib Edən
Kamal Hüseyn