featured-image-3166

əl-Muqaddim — əl-Muəxxir — Hər iki İsim Qurani Kərimdə zikr edilmir. Hətta Muqaddim ismi fel olaraq da keçmir. Ancaq Muəxxir ismi Quranda fel olaraq keçir. «Allah onların cəzasını yubadıb elə bir günə saxlayır ki, həmən gün gözləri hədəqəsindən çıxar». (İbrahim 42).
Hədislərdə isə İbn Abbas (r.a) rəvayət edir ki, Rəsulullah (s.a.v) gecə namazlarında İstfitah dualarında buyurardı: «Ya Allahım!… Mə Qaddəmtu Və Mə Əxxartu Və Əsrartu Və Ələntu — əvvəldən etdiyim və sonradan etdiyim günahlarımı Allahım sən məğfirət et!»
(Buxari 1120, Müslim 769. )

Bu İsimlərdən yalnız biri ilə dua etmək caiz deyildir. İkisi də Allahın feli sifətlərindəndir. Dilədiyini yüksəldən, dilədiyini də alçaldan, dilədiyini əziz edən, dilədiyini də zəlil, dilədiyini Özünə yaxınlaşdıran, dilədiyini də uzaqlaşdıran O, olduğu kimi irəli aparan (əvvələ keçirən) və arxaya atan (təxirə salan) da Odur. İrəlidə olan kimsə ən yüksək mərtəbələrə çıxar, geridə qalan isə ən aşağı mərtəbələrə enər. Həlimi (Allah rəhmət etsin) deyir ki: «Muqaddim — yüksək mərtəbələrə çıxardan. Muəxxir — yüksək mərtəbələrdən endirəndir. Allah nəbiləri, möminləri Özünə yaxınlaş-dırmış, düşmənlərini də Özündən uzaqlaşdıraraq alçaq mərtəbələrə endirən və Özü ilə onlar arasına pərdə çəkəndir». İbn Qeyyim deyir ki: «Bu isimlər Allahın həm feli, həm də zatı sifətlərindəndir…»
(əs-Sədi «Tavdihul Kəfiyətuş Şafiyə» s. 131,132. )

İnsanları bir-birindən üstün edən Odur. Allah dilədiyi kimsələri irəli çəkər, dilədiklərini də geri atmışdır. Hər şey Onun iradəsi və hikməti ilə həyata keçir. Geri atdığını önə çəkməz, önə çəkdiyini də geri atmaz. Bu İsimləri bir yerdə zikr etmək tək-tək zikr etməkdən yaxşıdır. Rəsulullah (s.a.v) ən yüksək mərtəbələrə: «Sənin şanınnı ucaltmadıqmı». (əl-İnşiraq 4). Buna qarşılıq da Əbu Ləhəbi ən aşağı mərtəbəyə endirmişdi. Allahın bu isimlərini bilən kimsə ibadət və yaxşılıqların çoxluğuna arxayın olmaz, günah və pisliklərin çoxluğu ilə də Allahdan ümüd kəsməz. Çünki Allaha uzaq görünən kimi neçə kimsələr vardır ki, yaxın, yaxın görsənən kimi də neçə kimsələr vardır ki, Ondan uzaqdırlar.

—————
“İsim və Sifətlər Tövhidi”
Toplayan və Tərtib Edən
Kamal Hüseyn

Bənzər Məqalələr