featured-image-2900

ər-Rafiq — İbn Qeyyim deyir ki: «O, Allah Rafiqdir. Rifq əhlini (yumşaq davranan kimsələri) sevir. AbdurRahmən əs-Sədi deyir ki: «Uca Allahın İsimlərindən biri də Rafiqdir. Rafiq kəliməsi Rifq — yumşaq davranmaq, incə davranmaq kökündən gəlməkdədir.

Rifq işlərdə tələsməyən və yavaş-yavaş davranmaq deməkdir. Sərtliyin ziddidir. Sərtlik isə sərt davranmaq və tələsmək mənasındadır. Bu İsim Qurani Kərimdə keçməməkdədir. Bu İsim səhih hədislərdə zikr olunmuşdur. Allah qullarına qarşı son dərəcə mərhəmətli və lütfkardır. Qullarının da bir-birilərinə qarşı incə və yumşaq davranmalarını, sərtlikdən qaçınmalarını, xoş könülüklə hərəkət etmələrini istər. Rifq ilə hərəkət etmək insanları mehribançılığa, dostluğa gətirir. Aralarında olan düşmənçiliklər yox olur. Peyğəmbər (s.a.v)buyurdu: «Yumşaqlıqdan məhrum olan, xeyirdən məhrum olur»(Müslim 2592.)

Peyğəmbər (s.a.v) Aişə (r.anha) buyurdu: «Ya Aişə! Şübhəsiz ki, Allah Rafiqdir (qullarına qarşı lütfkardır). Rifqi (sözdə, işdə yumşaq olmağı) sevər. Şiddətə (sərtliyə) qarşı vermədiyi (hətta) ondan başqalarına da vermədiyi şeylərə Rifqə verir»(Müslim 2593. )

Uca Allah fellərində Rəfiqdir. Çünki O, məxluqatını bir dəfədə ya da bir anda yaratmağa güc yetirdiyi halda, hikmətinin və Rifqi olaraq yavaş-yavaş yaratmışdır. Həmçinin digər şəriət qayda-qanunlarını da müəyyən bir mərhələ ilə qadağan etmişdir. İçkinin haram edilməsi, riba və s məsələlərdə. (Riba — faiz deməkdir.Riba dörd mərhələdə haram edilmişdir. 1) Rum 39. 2) Nisa 160,161,. 3) Ali İmran 130. 4) Bəqərə 275-279. )

Rafiq həmçinin də səfərdə birlikdə olmaq, yoldaş mənasında da işlədilmişdir. «Onlar necə də gözəl (Rafiq) yoldaşdılar». (ən-Nisa 69). Allah Rafiqdir. Yəni yumşaqlığı çox olandır. Ziddi sərtlikdir. Allah xeyiri bol olan, xeyir yollarını asanlaşdırandır. Allahın insan oğluna ən böyük asanlıq isə Quranı əzbərliyənlərə asanlaşdırmasıdır. «And olsun ki, Biz Quranı ibrət almaq, öyüd-nəsihət qəbul etmək üçün belə asanlaşdırdıq». (əl-Qəmər 32). Allahın asanlaşdırması olmasaydı heç kimsə Quranı asanlıqla əzbərləməzdi. Xattabi (Allah rəhmət etsin) deyir ki: «Allah Rafiqdir. Tələsməyən deməkdir. Çünki tələsmək itirməkdən və qaçırmaqdan qorxanlar üçündür. O, isə hər şey əlində olan, tələsməyəndir. Allah yumşaqlığı sevər isə — Allah işlərində və əməllərində tələsməyənləri sevər deməkdir».

—————
“İsim və Sifətlər Tövhidi”
Toplayan və Tərtib Edən
Kamal Hüseyn

Bənzər Məqalələr