ƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR)-RAQİB
ər-Raqib — Könüllərdə gizlənən şeyləri bilən, hər kəsin etdiyini görüb nəzarət edən, yaratdıqlarından bir an belə qafil olmadığını və onların işlərinə heç bir zaman qayğısız qalmadığını ifadə edər. «O, Allahın görməkdə olduğunu bilmirmi?». (əl-Ələq 14).
Bütün bunlardan xəbərdar olan insan nəfəs alıb-verməsini belə Allah üçün olmasına diqqət edər. Özü Allahı görmədiyi halda Allahın onu gördüyünü bilən kimsənin daima bu düşüncə və etiqad üzərə olması və Allaha qarşı çıxmaqdan çəkinməsi lazımdır. Bu İsim Qurani Kərimin 3 yerində keçməkdədir. «Heç şübhəsiz ki, Allah sizin üzərinizdə Raqibdir». (ən-Nisa 1). «…Sən canımı aldıqdan sonra onlara nəzarətçi Özün oldun». (əl-Maidə 117). Həlimi deyir ki: «Raqib — yaratdığı şeylərdən qafil olmayandır. Onun yaratdıqlarından qafil olması, əskik olduğunu və qəflətdə olduğu nöqtədən ona zərər gələbiləcəyini göstərir. Bu isə Allah haqqında imkansızdır».
—————-
“İsim və Sifətlər Tövhidi”
Toplayan və Tərtib Edən
Kamal Hüseyn