ƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR)-SADİQ
əs-Sadiq — Bu İsim Quranda həm İsim, həm də fel olaraq da keçər. «Biz şübhəsiz ki, doğru olanlarıq». (əl-Ənam 146). «Allahdan daha doğru sözlü kim vardır». (ən-Nisa 87,122). “Biz sənə (Allahdan) doğru xəbər gətirmişik. Biz, həqiqətən, doğru danışanlarıq!”. (əl-Hicr 64).
Bu İsim insanlar haqında da işlədilir. Doğruluğu çox olan kimsəyə də sıddıq deyilir. Sidq yalanın ziddidir. Musaddiq doğrulayan deməkdir. Sıddıq daima doğru söyləyən, doğruluqdan ayrılmayan və doğruluğu çox olandır. Bu söz daha çox sözlərini əməlində doğrulayan üçün işlədilir. Sən də Allahın ayələrini, möcüzələrini, dəlillərini, isimlərini, sifətlərini, fellərini, hökmlərini və sözlərini doğrula və bunlara qəlbdən inan. «Allah sizə verdiyi sözündə sadiq qaldı». (Ali İmran 152). Allah sadiqdir və hər sözü doğrudur. Allah qullarına veriyi hər vədi gerçəkləşdirir. Hər bir şeyin təməli doğruluq üzərində qurulur. Buna görə də hər sözündə və davranışında doğru olan, doğruluğunu gerçəkləşdirən qurtulmuşdur. Sən də qurtulmaq üçün doğru olmağa çalış ki, adın doğru olanlar arasında çəkilsin. «Möminlər içərisində elələri də vardır ki, Allahla etdikləri əhdə sadiq olarlar». (əl-Əhzab 23). «Həqiqətən bunlar doğru olanlardır…». (əl-Bəqərə 177). Allah sözlərində doğru olmayanlara da xitab edərək: «Əgər onlar Allaha verdikləri sözdə sadiq olsalardı bu onlar üçün daha xeyirli olardı». (Muhəmməd 21)
————
“İsim və Sifətlər Tövhidi”
Toplayan və Tərtib Edən
Kamal Hüseyn