ƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR)-SƏLAM
əs-Səlam — Bu İsimlə isimlənməyə Uca Allah digər məxluqatdan daha mustəhaqdır. Çünki O, bütün ayıblardan, nöqsanlardan Səlamdır. «Quddusdur (nöqsanlıqdan münəzzəhdir), Səlamdır (zat və sifətlərində, fellərində hər cür qüsur və əskiklikdən uzaqdır)». (əl-Həşr 22-24). Müsəlmanların sözlərinə gəlincə isə: Əssələmu Aleykum — ona salam verilənə aldatmaqdan, öldürməkdən, ondan gələcək çirkin şeydən salamatını bildirir. O, da eyni qarşılığı verərək Uca Allah eynisini sənə də nəsib etsin.
Rəhmət və bərəkətə gəlincə isə bu ikisi yalnız Allaha izafə edilir. Buna görədir ki: Mənim bərəkətim və rəhmətim sizin üzərinizə olsun — deyilməz, Məndən səlam sizin üzərinizə olsun — deyilə bilər. Səlam nöqsanlardan və ayıblardan salim olandır. Səlam ilə isimlənməsi Salim deyə isimlənməsindən daha bəlağətlidir. Məxluqatını zülmdən salamata çıxardır. Uca Allah qədr gecəsini Səlam, Cənnəti Darus-Səlam, Cənnət əhlinin salamlaşmasını isə Səlam deyə vəsfləndirmişdir. «Onları Rəbbinin yanında əmin-amanlıq yurdu (Cənnət) gözləyir». (əl-Ənam 127). Peyğəmbər (s.a.v) namazdan sonra dua edərək: «Allahummə Əntəs Sələmu Və Minkəs Sələmu Təbəraktə Yə Zəl Cələli Vəl İkram — Ey Allahım! Səlamsan və Səlam Səndəndir. Sən Ucasan. Ey Cəlal və İkram sahibi» . (Müslim 591. )
O, Sifətlərində bütün ayıblardan və nöqsanlardan Səlamdır. O, fellərində bütün ayıblardan və nöqsanlardan, şərlərdən, zülmdən Səlamdır. O, hər yöndən və hər etibar ilə haqq olan Səlamdır. Onun həyatı ölümdən, yatmaqdan və mürgüləməkdən Səlamdır. Qayyumiyyəti və Qüdrəti yorğunluqdan və zorluq çəkməkdən Səlamdır. Onun elmi Ondan bir şeyin ayrılmasından və ya Ona unutqanlığın isabət etməsindən, xatırlamaya və düşünməyə ehtiyac duymaqdan Səlamdır. Onun iradəsi hikmətdən çıxmaqdan Səlamdır. Onun kəlimələri yalandan və zülmdən Səlamdır. Mülkində zidlik olmasından, ortağı olmasından, müavini və ya yardımcısı olmasından və ya Onun izni olmadan Onun qatında bir şəfaətçinin olmasından Səlamdır. Ona Uluhiyyətində bir ortağının olmasından Səlamdır. Onun qəzası və qədəri əbəslikdən, zülmdən və açıq olan hikmətinə müxalif olaraq meydana gəlməsinin düşünülməsindən Səlamdır. Onun şəriəti dini ixtilafdan, pozulmaqdan, qulların məsləhətinə zidd olmaqdan, onlara rəhmət olmaqdan, ehsan olmaqdan və hikmətinə zidd olmaqdan Səlamdır. Əksinə Onun şəriəti hikmətdir, məsləhətdir və ədalətdir. Onun nemətlər verməsi yaltaqlıq olmaqdan və nemət verdiyi kimsəyə ehtiyac duymaqdan Səlamdır. Allahın ərşə istivası, ərşi daşımağa ehtiyac duymasından və istivaya möhtac olmaqdan Səlamdır. Əksinə ərş və onu daşıyanlar Ona möhtacdırlar. «Özünə heç bir övlad götürməyən, mülkündə heç bir şəriki olmayan, zəif, aciz olmadığı üçün heç bir dosta, hamiyə ehtiyacı olmayan Allaha həmd olsun!». (əl-İsra 111). Səlam, səlam verilənə dua və onun səlamətə yetişməsini istəməkdir. Allah Ondan səlam tələb ediləndir, yoxsa Onun üçün salam tələb edilən deyildir. Əksinə Allah qullarına salamatlıq verəndir. «Göndərilən bütün Peyğəmbərlərə salam olsun». (əs-Saffət 181). «Salam olsun İbrahimə». (əs-Saffət 109). «Doğduğu gün, öləcəyi gün və diri olaraq qəbirdən qaldırılacağı gün ona salam olsun». (Məryəm 15). Səhabələr: Allaha salam olsun» deyərdilər. Peyğəmbər (s.a.v) buyurdu: «Salam Allaha olsun deməyin. Şübhəsiz ki, Allah özü Səlamdır» deyə buyurdu .(Buxari «Əzan» 148, Müslim «Salət» 56. )
«Rəhimli Allahdan (onlara) salam vardır». (Yasin 58).
——————-
“İsim və Sifətlər Tövhidi”
Toplayan və Tərtib Edən
Kamal Hüseyn