Hafiz Əbu Əli Hüseyn ibn Əli ibn Muhəmməd ibn Hüseyn ibn Tahir ibn Xalid ibn İdris ibn Bəkir ibn Həbib ibn Zəhir ibn Asim ibn Müdərrək Bərdəi
Böyük hədis hafizlərindən biri idi. Səmərqəndə köçüb bu şəhərdə yaşamışdı. Hədis dinləmək üçün İraq və Xorasanın şəhərlərinə səyahət etmişdi. Əbü’l-Həsən Əli ibn Ömər Darəqutni, Əbu Əmr əl-Müseyyib ibn Muhəmməd əl-Ərğiyani, Əbu Bəkr Əhməd əl-İsmaili, Əbu Əmr Səid ibn Qasım ibn Əla Bərdəi kimi mühəddislərdən hədis dinləmişdi. Əbü’l-Abbas Cə’fər əl-Müstəğruri ondan hədis dinləmiş və nəql etmişdi. Alim h. 349-cu ildə Bərdədə anadan olmuş, h. 406-cı ilin ramazan ayında (fevral 1016) Səmərqənddə vəfat etmişdi.
(SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 212.)
——————-
Orta Əsrlərdə Yaşamış Azərbaycanlı Alimlər
Müəllif : Tarix Elmləri Doktoru
Elnur Nəsirov
Bakı:2011