“Hədis Qurana uyğundursa, qəbul edirəm, uyğun deyilsə rədd..” (Hədis/sünnə inkarçılarının arqumentinə baxış)
“Hәdis Quran’a uyğundursa, götürürük, uyğun deyilsә rәdd edirik..”
Hədis/Sünə inkarçılarının irəli sürdükləri şübhәli “arqumentlərdən” biri dә budur. Bu sözә bir neçә yöndәn yanaşmaq olar:
1. “Bu hәdis, Qurana uyğundur” vә ya “bu hәdis Qurana uyğun deyil” meyarını kim vә necә tәyin edir? Ortaq bir nöqtә olmadığına görә, demәli hәr müstәqil mәntiq sahibi, “bu, uyğundur, o isә ziddir” deyә rahatlıqda “hökm” verә bilәr. Günümüzdә sünnәt (hədis) inkarçılarının bәzilәrinin filan hәdisi qәbul edib, bәzilәrinin isә rәdd etdiyini çox rahatlıqla görә bilirik. Mәntiqli, modernist kimi sәslәnәn, әslindә isә xaosa yol açan bu fikirlәri tәbliğ edәn insanlar, sabah hәr hansı bir sıravi insanın “Allah Quranda, sәcdә edәrkәn başınızı yerә yapışdırın demir, bu – Qurana ziddir, Allah deyir ki, boyun әyin, mәn dә boynumu әyirәm Allah qarşısında” kimi sözlәrinә necә bir “mәntiqlә” cavab verәcәk? Ortada -avropada vә ya okeanın o tayında oturmuş ideoloji rәhbәrlәrinin elmi əsaslara zidd olaraq tәrtib etdiklәri qısa yazıları copy-paste etmәkdәn başqa nә vahid bir üsul-qayda metodları haqda bәhs edәn elmi әsәrlәri var, nә dә ortaq bir “hәdislәri ayırd etmә meyarları”.. İnsanların әn çox aldandıqları isә, bu insanları müasir, modern, çağdaş, “әlindә iphone”, kostyum-qalstuklu görmәlәridir. Lakin, unutmaq lazım deyil ki, bu keyfiyyәtlәri, reform düşüncәli bir buddist dә, inəyə sitayiş edən bir hindu da özündә çoox rahatlıqla cәm edә bilәr :) Bәzi sünnәt inkarçılarının “iddialarına” bəzən qadınların әn böyük dәstәyi vermәsi, həmçinin bu “iddiaların” hәmin insanlara çox sәrf etdiyinә görә olması – heç kimi tәәccüblәndirmәsin. Hər bir şeytani firqə, ilk olaraq qadınları aldadaraq, “dəstəyini” qazanmağa çalışır. “Filan şey əslində İslamda yoxdur əziz qadınlar, artıq azadsınız..” və digər bu kimi hiyləli aldatmacalara aldanmamaq, müsəlman xanımlara yaraşacaq bir mövqe olmalıdır.
2. Bu insanlar nәyә әsasәn filan hәdisi qәbul edir, filan hәdisi isә müxtәlif nәsillәrin uydurmaları hesab edirlәr? “Peyğәmbәr içki içәn insana tәzyiq olunmasını yasaqladı” və ya “Peyğəmbər ona düşmənlik edənləri bağışladı” mәnasında olan hәdisi dә, İsa peyğәmbәrin gәlәcәyi ilә bağlı olan hәdisi dә nәql edәnlәr, eyni ravilәr, eyni hәdis alimlәri, bir sözlә desәk – ağız büzdüyünüz Buxarilәr, Muslimlәr, Әbu Davudlar deyillәrmi? Hәqiqәtәn dә ravilәrlә (hədis rəvayətçiləri – red.) bağlı rical elmi, sәnәdin muttasıl olması, şazlıq vә digər bu kimi – bәlkә dә həmin “reformistlərin” indiyә qәdәr eşitmәdiyi mәsәlәlәr haqqında bәhs olunan hәdis elmi haqda cüzi dә olsa mәlumatlı olsaydılar vә bu “cüzi” mәlumatlarla bu cür “qәnaәtlәrә”, “modernist (?) düşüncәlәrә” gәlib çıxmış olsaydılar, dәrd yarı olar vә adamlara “0,0001” xal vermәk olardı :) Lakin, okeanın o tayında oturmuş insanların dediklәrini “copy-paste” edәrәk, özlәrini “modern düşüncәli, xilaskar, savadlı və müasir müsәlman” kimi tәqdim edәnlәr, hәdis elminin ‘e’-sindәn belә xәbәrsiz olmaları bir yana qalsın, әrәb dilini belә bilmәdәn Quranın tәrcümәsindә dә “quş” tutanda, insan bilmir ağlasın, yoxsa gülsün.. Təəssüf ki, İslama qarşı açılmış böyük bir lahiyənin aciz icraçılarına çevrilərək, guya müdafiə etdikləri Qurana xəyanət edirlər.
3. Qısa və konkret olaraq deyirik: səhih hәdislәr, heç zaman Qurana zidd ola bilmәz. Bәli, İslam tarixindә uydurulmuş hәdislәr dә olmuşdur. Lakin biz, Allahın Quranı qoruduğu kimi, Peyğәmbәrinin uydurmalardan tәmizlәnmiş hәdislәrdәn ibarәt olan Sünnәsini dә qoruduğuna qətiyyətlə iman edirik. Yəni, biz uydurma hədislərə, Sünnə adını vermirik. Adı üzərində: UYDURMA.. Bir sözlə, ravisi məchul, sənədi bərbad olan uydurma hədisləri ‘gözümüzə soxaraq’, “budur Sünnə?” deyə, manipulist çıxışlarınıza artıq imkanınız olmayacaq, oyun bitdi :) Uzaqbaşı, elmi səviyyələri aşağı olduğuna görə mənasını anlamaqdan aciz olduqları bəzi hədisləri əldə bayraq edəcəklər. Bu anda çaşqınlıq içində hiylə ilə qurduqları tələlərinə düşmək lazım deyil, elə Quranda da deyildiyi kimi, bilənlərdən soruşmaq, araşdırmaq lazımdır.
Bununla yanaşı qeyd etməliyik ki, əslində biz bunu dəqiq bilirik – sünnә inkarçılarının dәrdi – İslamı xurafatlardan tәmizlәmәk deyil, Sünnәnin vәhy olmadığının tәbliğ olunmasıdır. Aldanmışları buradan istisna edirik. Sual: Bəs məqsədləri nədir? Sünnә (hədislər) ortadan qalxdıqda nә baş verir? Cavab: әn böyük hәdәf gerçәklәşmiş olur – SƏHİH hədislər ortadan qalxdığına görә, artıq din tacirləri Quranı öz “ağılları ilә” yozaraq, “bu olar, bu isә olmaz” deyәcәklәr. Bәli, yuxarıda qeyd etdiyimiz kimi, bu gün insanların dini savadsızlığından istifadә edәn vә uydurma hәdislәri “din” olaraq tәqdim edәrәk camaatı aldadan qruplar da mövcuddur, lakin o qruplar, elmi müstәvidә – hәdis vә fiqh elmlәri qarşısında aciz olduqları üçün, onların yalançı vә xurafatçı olduqlarını isbat etmәk çox asandır. Hәdis inkarçıları nә qәdәr “müasir” görünmәyә çalışsalar da, әslindә hәmin qruplardan nәticә olaraq bir fәrqlәri yoxdur, hәtta bütün İslam tarixindә heç bir İslam mütәfәkkirinin irәli sürmәdiyi dini “iddiaları” irәli sürәrәk, daha da hәddi aşmış bir yolun yolçuları olmuşlar. “Quran vardırsa, açıqlamasına nə gərək var?” – teatrik suallarını ortaya çıxaranları da unutmadıq :) Copy-paste etdikləri “baş bilənləri” – yüzlərlə kitab yazsınlar, amma “Quranın açıqlanmaq üçün hədis kitablarına ehtiyacı yoxdur” desinlər :) Quranı “daha modern və gözəl izah etmək üçün” konfranslar təşkil etsinlər, saatlarlarla “youtube moizələri” versinlər, amma bu Kitabın nazil olduğu şəxsin izahlarına “nə gərək var” deyərək, ağız əysinlər.. Faciədir. Qətiyyən insafsızlıq etmirik, azca ədalətlə düşünsələr, Allahın izniylə fikirlərinin dəyişəcəyinə əminik.
Əslində hәmin şәxslәr “filan mәsәlә bizim ağlımıza ziddir” desәydilər, daha “doğru” olardı vә әn azından sәmimi insan olaraq qәbul olunardı. Yəni, din ilə oyun oynamaqdansa, səmimi olaraq “əşşi, mən qəbul edə bilmirəm” – deyilərsə, (qismən də olsa) mərdlik olardı. Demirik ki, bunu etdikdə hər şey doğru olacaq, xeyr. İnsan Allahın dinini öz mәntiqinә hәvalә edərsə, minlәrlә fikir, mәzhәb ortaya çıxmış olar vә hәtta dindәn, özlәrinin belә qәbul etdiklәri әhkamları, öz yaxınlarının və dostlarının “mәntiqinә uymadığı üçün” inkar edә bilәr. “Rukudan qalxarkәn niyә ‘sәmiallahu limәn hәmidәh’ deyilir?”, “niyә ruku bir, sәcdә isә iki dәfә edilir?” – kimi, “bunların hansı Quranda açıq şәkildә yazılıb?” – deyә suallarmı verәk, yoxsa sizlәri böyük İslam alimi İmam Şafinin aşağıdakı sözlәrilә baş-başa buraxaq?
“Allahın elçisinin hökm etdiyi hәr bir şey, Onun Quran’dan anladıqlarındandır.” (Risalә, 85)
4. Ümumiyyәtlә ilk başda qeyd etdiyimiz vә ya onların qeyd etdiklәri bu “teorem” ortaya haradan çıxıb ki? Bu da öz “mәntiqlәrinin” mәhsuludur? Әgәr elәdirsә, bu “mәntiqlәrә” qarnımız toxdur.. Yoxsa bu da әslindә bir hәdisdir? :) Bir sirri dә açaq ki, әslindә öz mәntiqlәri kimi camaata sırıdıqları bu söz özü dә hәdisdir :) Demәli, bunların ortaya sürdükləri arqument cümlə, әslindә belә olmalıdır: “Sәrf edirsә, hәdis qәbuldur, yox sәrf etmirsә hədis dəllallarının mәhlә uşaqlarının uydurmalarıdır” :) Öz ailəsində, öz yaxınları ilə belə bəzən dava-qırğını olan kəslərin, alimlər arasında olan fikir ayrılıqlarını manipulyasiya edərək, sanki bir xəzinə tapmış kimi ortaya atmalarına isə, heç cavab da verməyəcəyik. O alimlərin adlarını, sadəcə copy-paste etdikləri mətnlərdə görmüş və heç vaxt ard-arda 10-15 elmi cümlələrini belə oxumamış, oxuya da bilməyən şəxslərə nə cavab verək ki?..
Qayıdaq, bayaqki mövzuya.. Bu hәdis, әslindә Böyük İslam alimi Yәhya b. Mәin’in dediyi kimi “zındıqların uydurmasıdır”. Hәdis elmindәn anlayışları olsaydı ‘bu hәdis mәchul, kimliyi bilinmәyәn şәxsdәn, sәnәdi qopuq şәkildә rәvayәt olunmuşdur’ şәklindә onlara izah verәr vә belәcә ‘hәdisin sәhihliyi üçün şәrt – Әmәvilәr, Abbasilər və ya hər kiminsə meyarı deyil, sәnәd, ravi kimi hәdis elminә aid olan mәsәlәlәrdir’ deyә başa salmağa çalışardıq.. Qısaca olaraq bu hәdisi uydurma hesab edәn mәşhur İslam alimlәrini dә qeyd edәk ki, kimsәnin ürәyindә “xal” qalmasın: Şafi, Әhmәd, Malik, İbn Hәzm, İbn Qayyim, İbn Teymiyyә, İmam Suyuti, Qurtubi, İbn Covzi, Şovkani, Aliyyu’l-Qari vә s.
Bu insanların iddialarının 14 əsrlik İslam tarixi boyu heç kimin səsləndirməməsi, ortaya atmaması çox şeydən xəbər verir.. Yəni, 14 əsr boyu İslam öndərləri və bütün müsəlmanlar ağılsızmı oldular? Yoxsa, qalstukları yox idi deyə, müasir ola bilmədilər? Kondisioner deyil ki, illər sonra kəşf olunsun :) Allahın dinidir bu, İslam – göndərilmiş elçinin vəfatına qədər artıq ən müasir və ən modern formasını almışdı. Elm nədir bilməyənlərin “evrikalarına” ehtiyac yoxdur əzizlər, yoxdur..
(ardı var)
Ayxan Yaquboğlu (islamevi.az)