featured-image-3431

İbrahim ibn Abdurrahmən ibn Auf buyurur:
– Atam oruc olduğu zaman yemək gətirdilər. O isə yeməyə baxıb Musabı xatırladı və dedi:

– Musab ibn Umeyr döyüşdə həlak oldu. O məndən də xeyirli idi. Onu olan-qalan əbası ilə kəfənlədilər. O elə bir paltar idi ki, başını örtəndə ayaqları, ayaqlarını örtəndə başı açıq qalırdı. Sonra dünya nemətləri üzümüzə açıldı. Dünya həyatından yaxşılıqlarımız mükafatının bizə tez verilməsindən, Axirətə qalmamasından qorxuram.

Bu sözləri dedikdən sonra Abdurrahmən ibn Auf (radıyAllahu anhu) ağlamağa başladı və hətta iftar belə etmədi.

[ Buxari, 3/113 ]

———-
Hazırladı:Zubeyr

Bənzər Məqalələr