HƏVVA VƏ AĞAC
Həvva Adəmdən öncə ağacdan yemiş və Adəmi də bu işə təşviq etmişdi. Daha doğrusunu Allah bilir.
Əbu Hureyrə t Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Əgər İsrail oğulları olmasaydı ət iylənməz(İsrail oğullarına qida olaraq Allah tərəfindən halva və bildirçin göndərilir, səmadan enirdi. Amma bu qidaların saxlanılması onlara qadağan edilmişdi. Onlar isə buna məhəl qoymayıb qidanı saxladıqda o iylənirdi. Məlumat üçün Musa peyğəmbərin hekayəsinə baxın. (tərc.) , Həvva olmasaydı heç bir qadın ərinə xəyanət etməzdi” . Bu hədis eyni mənanı açıqlayır.
(Buxari: ? 3330; ? 3399; Muslim: ? 1470. Həvvanın Adəmə xəyanəti, onu ağacdan yeməyə təşviq etməsidir. Bunun başqa mənası yoxdur. Bu barədə Hafiz İbn Həcər əl-Əsqəlani “Fəthul Bari” əsərində (6/368) danışmışdır. Şeyximiz Əhməd Şakir “Müsnəd” kitabı üzərində qeydlər apararkən (? 8019) demişdir: “O zaman Adəmdən başqa kişi olmadığına görə bu xəyanətin başqa ehtimalı da yoxdur”.
Bu söz çox dəyərli və tutarlı sözdür. Çünki heç bir peyğəmbərin zövcəsi zina etməmişdir. Adəm də Allahın danışdırdığı peyğəmbərlərdən biridir.)
———
İbn Kəsir əd-Dəməşqinin
“Peyğəmbərlərin həyatı” adlı kitabı
Tərcüməçi:
Abdurrəhim Muradlı