featured-image-3530

Uca Allah buyurur: 56. Kitabda İdrisi də yad et! O, həqiqətən, büsbütün doğru danışan kimsə (siddiq) — bir peyğəmbər idi.
57. Biz onu yüksək bir məqama qaldırdıq. (Məryəm: 56,57).

Uca Allah İdrisi tərifləyib, onun doğru danışan və peyğəmbər olduğunu bildirmişdir.
Bəziləri deyirlər ki, Müaviyə ibn əl-Həkəm əs-Suləminin hədisində İdris peyğəmbərə işarə edilir. Belə ki, Peyğəmbər  qum ilə fala baxmaq haqqında soruşulduqda demişdir: “Bir peyğəmbər (özünün möcüzəsi olaraq) qum üzərində xətt çəkərdi. Əgər sizə də ona verilən möcüzə verilsəydi icazəli olardı.”
(Muslim: ? 537.)

Əksər təfsir və fiqh* alimləri iddia edirlər ki, ilk dəfə bunu edən o olmuşdur. Onlar bunu “Hurmus əl-Həramisə” adlandırırlar. Digər peyğəmbərlərin, alimlərin, hikmətli insanların və övliyaların adından yalan uydurduqları kimi bu işdə də onun adından çoxlu yalanlar uydururlar.
Uca Allahın “Biz onu yüksək bir məqama qaldırdıq.” — ayəsində deyilən yüksək məqam, Buxari və Muslimin “Səhih” əsərində (Muslim: ? 162.) İsra hadisəsi ilə bağlı deyilən hədisdəki kimidir. Belə ki, Peyğəmbər (s.a.v) ) onunla dördüncü səmada qarşılaşmışdır.

Mücahid “Biz onu yüksək bir məqama qaldırdıq.” — ayəsi haqqında demişdir: “İdris də İsa kimi ölməmişdir, səmaya qaldırılmışdır”.
(Təbəri “Cəmiul Bəyan” (16/72). İsnadı səhihdir.)

Əgər Mücahid bu sözü ilə onun bu vaxta qədər ölmədiyini demək istəyirsə bu müəmmalıdır. İttifaq olunmuş hədisə əsasən onun (öldükdən sonra) dördüncü səmada olması daha doğrudur. Bu rəy, Mücahidin ikinci və digər alimlərin rəyidir.(Sovri “Təfsir” 575; İbn Əbu Şeybə “əl-Musannəf” (11/550/? 11933); Təbəri “Cəmiul Bəyan” (16/73), səhih sənədlə.)

Buxari deyir: “İbn Abbas və İbn Məsuddan rəvayət olunur ki, İlyas elə İdrisdir”. Onlar bunu Zuhrinin İsra hadisəsi haqqında Ənəsdən rəvayət etdiyi hədislə əsaslandırırlar. “Peyğəmbər (s.a.v) İdrislə qarşılaşdıqda o dedi: “Əməlisaleh qardaşı və əməlisaleh peyğəmbəri xoş gördük.” Burada o Adəm və İbrahim peyğəmbər kimi “Əməlisaleh peyğəmbəri və əməlisaleh övladı xoş gördük” — demədi.”
Onlar deyirlər ki, əgər o da Peyğəmbərin (s.a.v) nəsil şəcərəsindən olsaydı digər iki peyğəmbər kimi deyərdi.(
(6/373 — Fəthul Bari). Hafiz İbn Həcər əl-Əsqəlani deyir: İbn Məsudun sözünü Abd ibn Humeyd və İbn Əbu Hatim silsiləvi həsən sənədlə rəvayət ediblər. Həmin rəvayətdə deyilir: “İlyas İdrisdir, Yəqub isə İsrail”. İbn Abbasın sözünü isə Cuveybir “Təfsir” kitabında silsiləci zəif sənədlə Dəhhakdan rəvayət edir.)

Amma bu, deyilənləri heç də tam əsaslandırmır. Çünki ola bilər ki, rəvayətçi hədisi yaxşı əzbərləməyib, yaxud bu ifadə təvazökarlıq prinsipi ilə belə deyilib, yaxud o Adəm kimi atalıq məqamında deyildi. Nə İbrahim kimi Xəlilullah ( Xəlil sözü dost mənasını verir. Amma bu dostluq adi dostluq deyil, Uca Allahın ən sevimli bəndəsinə olan dostluğudur. (tərc.)_,) , nə də Muhəmməddən (s.a.v) sonra ən böyük Ulul-əzm (Ulul-əzm — əzm sahibləri olan peyğəmbərlərdir. Onlar Nuh, İbrahim, Musa, İsa və Muhəmməddir. Bütün peyğəmbərlərə Allahın salavatı və salamı olsun.)peyğəmbərlərdən deyildi. Bütün peyğəmbərlərə Allahın salavatı və salamı olsun.

—————-
İbn Kəsir əd-Dəməşqinin
“Peyğəmbərlərin həyatı” adlı kitabı
Tərcüməçi:
Abdurrəhim Muradlı

Bənzər Məqalələr