İslamda sağlamliq və təmizliyə verilən dəyər
Rəsulullah Əfəndimiz (s.a.v.) ümmətin sağlamlığına və təmizliyinə böyük diqqət yetirmişdir. Sağlam bir insanın, özünə diqqət etmədiyi üçün sağlamlığı pozulan insandan daha üstün olduğunu söyləmişdir. Bir hədisdə “biləyi qüvvətli olan zəif olandan daha xeyirlidir”(Müslim) buyurulur. Quranda Hz. Yəhyadan (a.s.) söhbət gedəndə belə buyurulur: “Qatımızdan ona bir sevgi duyarlılığı və təmizlik(də verdik). O, çox təqva sahibi biri idi.” (Məryəm Surəsi, 13)
Yemək yeməmişdən əvvəl əllərin yuyulmağı və yedikdən sonra əllərin yuyulmağını tövsiyə etməsi, abdəst mövzusunda tələbkarlığı, bədən təmizliyi mövzusundakı hədisləri peyğəmbərimizin sağlamlıq və təmizlik vacibliyini ən yaxşı şəkildə açıqlayır.
Quranda ibadət edilən yerin və ibadət edənin təmizliyi məsələsi üstündə xüsusilə durulmuşdur. İbadətlər kirli bir bədən və kirli paltarlarda edilməyəcəyinə görə möminlər təmizlik məsələsinə ciddi yanaşmalıdır.Bir hədisdə “təmizlik imanın yarısıdır”(Müslim) buyurulmuşdur. Buna görə digər iman və etiqadi mövzular qədər təmizlik mövzusu da olduqca vacib bir mövzudur.
Namaz abdəsti üçün Peyğəmbərimizin bəzi tövsiyələri vardır. Əgər bunlara diqqət etsək günlük təmizliyimizin böyük bir qismini yerinə yetirmiş oluruq.
“ümmətimin qiyamət günündə abdəst nurlarından üzləri, əl və ayaqları parlaq olarak çağırılarlar. Üzünün parlaqlığını artırmaq istəyən biri əlindən gəldiyi qədər abdəst alsın.” (Buxari-Müslim)
Hz. Muhammədin dəstəmaz mövzusunda bəzi tövsiyələri vardır. Abdəstin sünnətləri başlığı altında toplanan səkkiz tövsiyəsi var:
1) Misvak istifadə etmək:
Əbu Hureyrə: “Əgər ümmətimə zəhmət verməz olsaydım, hər namazda misvak istifadə etməklərini əmr edərdim.”(Müslim)
Misvak istifadəsinin bəzi faydaları:
Dişlərə parlaqlıq verər, diş ətlərini qüvvətləndirər, ağız sağlamlığını qoruyar, ağız qoxusunu aparar, dişləri sağlamlaşdırar, diş daşlarını aparar, mədəni gücləndirib, mədə xəstəliklərinin qarşısını alar. Həzmi asanlaşdırar, Peyğəmbərimizin sünnətini yerinə yetirmək, Allahın rizasını qazanmağa vəsilədir.
2) Əllərin yuyulması:
“Biriniz yuxudan oyananda üç dəfə əlini yumamış abdəst almasın.” (Buxari)
3) Burun təmizliyi:
“Kim abdəst alarsa istinşaq etsin (burnunu təmizləsin).” (Buxari)
4) Saqqal və barmaq aralarını yumaq: Müstəvrid-ibnu şəddad
“Rəsulullahı gördüm. Abdəst aldığı zaman saqqalını və barmaq aralarını hilallayırdi.” (Tirmizi, Əbu Davud)
5) Qulaqları məsh etmək: Rəbi Bintu Muariz:
“Rəsulullah abdəst aldı bu əsnada əlini qulaqlarının hücrəsinə saldı.” (Əbu Davud)
6) Abdəsti tam almaq:
Əbu Hureyrə: “Peyğəmbər abdəst aldı, üzünü yudu, əllərini yudu, hardasa çiyinə qədər yuyunurdu. Sonra ayaqlarını yudu dizlərinə qədər yüksəldi.”(Buxari)
7) Suyu israf etməmək:
Səd abdəst alarkən Hz. Peyğəmbər gəldi. “Bu israfa nə deyib müdaxilə etdi.” Səd “abdəstdə israf olar mı” deyə soruşdu. Rəsulullah “bəli bir çay kınarında olsanız belə “deyə cavab verdi.
8) Dəsmal istifadə etmək: Muaz:
“Rəsulullahı gördüm. Abdəst alan kimi dəsmalı ilə üzünü silirdi.” (Tirmizi)
Xəstəliklərdə tövsiyə zamanı təbiblərə üstünlük verirdi. Mövzu haqqında biliyi olsa belə əvvəl bir həkimə müraciəti daha xeyirli olduğunu söyləyirdi.
Rəsulullah zamanında bir insanın yarası açılmışdı. Adam, Ənram oğullarından iki adam çağırdı. Rəsulullah: “Ən yaxşı həkim hansınızdır?”deyə soruşdu. Adamlardan biri dedi ki: “Tibbdə dəva var mı ey Allahın elçisi?”Rəsulullah onlara bu cavabı verdi: “Dərdi endirən dəvasını da endirmişdir.”(Muvatta)
Əbu Dərda Rəsulullah Əfəndimizdən belə eşitdiyini rəvayət etmişdir: “Allah, xəstəlik və şəfanı yer üzünə bərabər göndərdi və hər xəstəlik üçün bir şəfa vəzifələndirdi. Bu halda tibbi yolnan müalicə olun; fəqət haram şeylərdən uzaq durun.”
Peyğəmbərimiz (s.a.v.) hər xəstəliyə çarə olduğunu və insanların müalicə yollarını axtamaqlarını tövsiyə etmişdir.
“Allah xəstəliyi də, dərmanı da endirmişdir və hər xəstəliyə bir dərman də var etmişdir. Elə isə müalicə olunun, ancaq haram olan şeylərlə müalicə olunmayın.” (Əbu davud)
“Allah nə xəstəlik endiribsə onun dəvasını da endirmişdir. Yalnız bir xəstəlik var ki, onun dəvası yoxdur o da qocaqlıqdır.” (İbni Macə, Müslim)
“Ey insanlar, müalicə olunun. Allah harada bir xəstəlik yaradıbsa müalicəsini də vermişdir. Elə isə müalicə yollarını axtarın.”(Buxari)
Peyğəmbərimiz, “iki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır”(Buxari) buyurmuşdur. Sağlamlığın böyül nemət olduğunu heç bir zaman unutmamalıyıq. Rəsulullahın (s.a.v.) dediyi kimi asudə vaxt dəyərləndirilməyəndə gələcəkdə necə peşmanlıq baş verirsə, sağlamlığın da necə böyük nemət olduğu da sağlamlıq itirildiyi zaman görünür.
Əbu Hureyrədən nəql edilən bir hədisi şərifdə Rəsulullah Əfəndimiz belə buyurur: “Əgər kim bir ay boyu hər səhər bal yeyərsə onda heç bir ağır xəstəlik olmaz.”
“Allahdan bilik və sağmalıq istəyin. Bir qula bilik və sağlamlıqdan daha yaxşısı verilməmişdir.” (İbni Macə)
Peyğəmbər Əfəndimiz bəzi şeylərin yeyilməsində fayda görmüşdür. Bunların başında Quranda da bəhsi gedən bal durur. Peyğəmbərimizin yeyilməyini tövsiyə etdiyi şeylər bunlardır: “Hər kim səhər yeməyində yeddi xurma yesə, ona nə zəhərlənmə , nə də sehr gələr.”(Müslim)
“Göbələk, Allahın Məni İsrailə endirdiyi külçədir. Onun suyu da gözə şəfadır.” (Müslim)
“Bir adam Rəsulullahın yanına gələrək qardaşımın mədəsi pozuldu dedi. O da qardaşına bal yedir deyə buyurdu.” (Müslim)
İslamda Sağlamlıq və Təmizliyə Verilən Dəyər
Rəsulullah Əfəndimiz (s.a.v.) ümmətin sağlamlığına və təmizliyinə böyük diqqət yetirmişdir. Sağlam bir insanın, özünə diqqət etmədiyi üçün sağlamlığı pozulan insandan daha üstün olduğunu söyləmişdir. Bir hədisdə “biləyi qüvvətli olan zəif olandan daha xeyirlidir”(Müslim) buyurulur. (daha&helliip;)