featured-image-1818

Sual- İslamda insanın özünü intihar etməsinin hökmü nədir?

Cavab- İntihar hər hansı bir alət, vasitə ilə insanın qəsdən, bilə-bilə özünü öldürməsidir. Bu haramdır və böyük günahlardan hesab edilir. Allah təalanın buyurduğu ayənin ümumi hökmü altına daxildir. Allah təala buyurur: “Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, (axirətdə) onun üçün böyük əzab hazırlar!”. (Ən-Nisə 4:93)

Həmçinin sünnədə də bu məsələ sübuta yetirilmişdir. Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Həqiqətən də, hər kim (qəsdən) özünü öldürərsə, o zaman əlbəttə ki ona cəhənnəm odunda əzab veriləcəkdir, orada əbədi qalacaqdır”. Buxari 5778; Müslim 109-110.

Əslində, intihar edən insan hər hansı bir insanın birbaşa əməlindən dolayı, ümumiyyətlə ümidsiz, çarəsiz vəziyyətə düşdüyündən bu cür əmələ əl atır. Görürsünüz ki, o başına gələn müsibətin öhdəsindən gələ bilmir, bacarmır. Sözün əsl mənasında o kəs odun, alovun yandırıcı istisindən özünü qurtarmaq üçün başqasından kömək istəyən insana bənzəyir. Beləcə o kəs, düşdüyü ağır vəziyyətdən ondan daha ağır olana doğru addımlamışdır. Lakin o kəs səbr etsəydi, o zaman Allah ona çətinliyinin öhdəsindən gəlməkdə ona kömək edəcəkdi.

Keyfə Nuəlic Vəqiunə əl-Əliim, səh. 120

Muhammad ibn Salih əl Useymin

Bənzər Məqalələr

media-img_3438

Bəzi şeylər zamanı gəlmədən gerçəkləşmir. Daim mübarizə aparmaq, hər bir təfərrüatı nəzarətdə saxlamağa çalışmaq və nəticələrə ilişib qalmaq insanı yorur. Halbuki insan hər şeyi idarə edə bilməyəcəyini qəbul etdikdə, daxilindəki […]
Daha ətraflı