media-img_9235

Lənət – Uca Allahın əfv və mərhəmətindən məhrum etmək, qovmaq və rədd etmək mənası daşıyır. Bu baxımdan ümumi olaraq insan üçün canlı bir varlığa vəya cansıza lənət etmək pis görülmüşdür. Peyğəmbər (s.a.s) bu haqqda belə buyurmuşdur

“Mömin lənət edən olmaz” (Buxari)

Xüsusən konkret adam adı çəkərək, ünvanlı şəkildə lənətləmək qadağandır.
Mütəvatir şəkildə varid olmuş hədisdə Rəsulullah (s.ə.s) buyurur:
“Müsəlmana lənət edən adam, onu öldürmüş kimi olar.” (Səhih Buxari, Kitabul-Ədəb, c. 7 səh 84; Muslim, İman 176; Tirmizi, 16; Nəsai, Əyman, 7,11; İbn Macə, 3)

Əbu Dərdadan (r.a) rəvayət olunan hədisdə Rəsulullah (s.a.s) buyurdu:
“Bəndə bir şeyə lənət etdikdə o lənət səmaya qalxar. Göylərin qapıları ona bağlanar. Sonra o yerə enər, yerin qapıları da ona bağlanar. Sonra sağa-sola baxar, girəcək yer tapa bilmədikdə lənət edənin özünə qayıdar.” (Əbu Davud, Ədəb 45; Tirmizi, Birr 48)

Bu hədis onu göstərir ki, insan lənət etdikdə o söz səmaya qalxar və ünvanlandığı şəxs lənətə layiq olmazsa o lənət onun özünə qayıdar. Dolayısı ilə saleh, mömin bir şəxsə lənət edən şəxs əslində özünü lənətlənmiş olur.

Digər bir səhih hədisdə “Heç kim bir başqasına fasiq və ya kafir deməsin.Əgər ittiham altında buraxılan adamda bu sifətlər olmazsa, söylədiyi söz özünə qayıdar” (Buxari, Ədəb 44)

Əbud-Dərdənin (r.a) rəvayətinə görə Peyğəmbər (s.ə.s) demişdir:

“Lənət oxuyanlar Qiyamət günü nə şəfaətçi nə də şahid ola bilərlər.” (Muslim, 6553)

Yanlış ünvana deyilən lənət, deyənin özünə qayıdar. Rəva görülməyən birinə belə bir söz deyilərsə, deyən kəs özünü söymüş özünü, lənətləmiş olar.
Peyğəmbər (s.a.s) buyurur:

“Kim lənət əhli olmayanı lənətləyərsə lənət onun özünə qayıdar.” (Tirmizi, Birr, 48, Əbu Davud, Ədəb, 45)

Dünyəvi elm sübut edib ki, bizim dediyimiz bütün sözlər, əməllər dünyada, əşyalarda, səmada bir yerdə həkk olunur. Sonra onlar neqativ, pozitiv yüklü olaraq yerə, sahibinə və ətrafına qayıdır. Bu mental qanun dinimizdə, bütün mədəniyyətlərdə, atalar sözləri şəklində ədəbiyyatımızda da mövcuddur. Dünyada su bir formadan digər formaya keçdiyi və miqdarı dəyişmədiyi kimi enerji də bir formadan başqa formaya keçir.

Dolayısı ilə bizim etdiyimiz dua və ya bəd dua (lənət) bu vəya digər formada bizə qayıdır.

Özü və başqaları üçün çoxlu xeyir dua, həmd-səna edənin qəlbi huzurla dolur, Allah ona həyatında bərəkət və nemət verir. Belə insanların duaları pozitiv olduqları üçün üzləri nurlu, qəlbləri huzurla dolu olur. Axirətdə isə onları daha böyük mükafat gözləyir.
Bəd dua edənin isə duası, istəyi neqativ yüklü olduğu üçün onun duası bir müddətdən sonra maddi olaraq onun özünə və ətrafına enir.

Adətən çox bəd dua edənlərin üzlərində nur olmaz, onların qəlbi daima hüznlü, narahat və tədirgin olar. Etdikləri bəd dua səbəbi ilə həyatları ağır, zülmdə və zillətdə keçər.
Yuxarıdakı hədisləri və bu mental qanunları təhlil etdikdə görürük dinləri lənət, nifrət, həsəd, kin üzərində qurulan rafizilərin həyatı necə də zillətdə keçir. Onların çoxluq təşkil etdikləri cəmiyyətlər (məs: İran, İraq və s.) tarixən hər zaman zülm, fəsad, zillət içərsində yaşayıblar.

Bunun əsas səbəbi ondadır ki, onlar gecə-gündüz şərəfli insanlara, səhabələrə, alimlərə və ümmətin sələfinə və ümumən müsəlmanlara lənət edərlər. Təbii ki, bu lənət hədislərdə buyrulduğu kimi və mental qanunlara görə də onların üzərinə qayıdır.

Lənətlənmiş toplumun aqibəti belə olar:

  • Onların həyatları ağır, məşəqqətli, keçər.
  • Qəlbləri sərt, möhürlü olar, haqqı batildən ayırd edə bilməz, ağılları fəhm etməz, gözləri haqqı görməz, qulaqları haqqı eşitməz.
  • Rəhbərləri tərəfindən daima zülm, əziyyət görərlər.
  • Xeyir və bərəkət qapıları üzlərinə bağlanar.

www.islamevi.az

 

Bənzər Məqalələr

media-img_2283

Haqq din olan İslam dini Rəbbin vəhyi olan Qurani-Kərimə əsaslanır və bu dini, vəhyi qəbul edərək insanlara çatdıran şəxs Allahın Elçisi və Nəbisi Həzrəti Muhəmməd Mustafa ibn Abdullah ibn Abdulmütəllibdir. […]
Daha ətraflı