Mələkləri Görmək Olarmı?
Allah, Adəm övladlarına mələkləri görmək qüdrətini verməməmişdir. Allah bizim onları görməyimizi əngəlləşdirmişdi. Buna görə də biz onları yaradılmış şəkildə görə bilmərik. İslam ümməti içərisində Mələyi öz surətində İki dəfə görən Muhəmməd — sallallahu aleyhi və səlləm — olmuşdur. Peyğəmbər — sallallahu aleyhi və səlləm — Cəbrail — əleyhissəlam — ı öz qiyafəsində görmüşdü. «O, qüvvət sahibi göründü. O (Cəbrail) ən uca üfüqdə idi». «And olsun ki, başqa bir dəfə də görmüşdü. (yeddinci səmadakı) Sidrətul muntəhanın yanında». (ən-Nəcm 6-14). “O, Cəbraili aydın üfüqdə gördü”. (ət-Təkvir 23).
Lakin bəzi qullara onları görmək icazəsi verilmişdi. «Biz öz ruhumuzu Məryəmin yanına göndərdik. O, Məryəmə kamil bir insan qiyafəsində göründü». (Məryəm 17). İbrahim və Lut — əleyhimussəlam – ın yanına insan qiyafəsində gəlmişlər. «Həqiqətən elçilərimiz (mələklər) İbrahimin yanına müjdə ilə gəlib salam verdilər». (Hud 68). «Elçilərimiz (mələklər) Lutun yanına gəldikləri zaman…». (Hud 77). Lakin Sünnədən məlum olduğu kimi insanlar mələkləri insan qiyafəsində görmüşlər. Cəbrail — əleyhissəlam — ın insan qiyafəsində saçları olduqca qara, düm ağ paltarda Peyğəmbər — sallallahu aleyhi və səlləm — in yanına, onların dinlərini onlara öyrətməyə gəlmişdi . Cəbrail — əleyhissəlam — əksər vaxtlarda gözəl səhabə olan Dihyə b. Xəlifətil əl-Kəlbi — radıyallahu anhu — nun qiyafəsində gələrdi
(İmam Əhməd “Musnəd”, İbn Sad “Təbaqat”. )
—————-
Toplayan və Tərcümə Edən: K.Hüseyn