featured-image-3496

Uca və Böyük olan Allah mələkləri möhtərəm və gözəlliklə zinətləndirmişdir. “Bunu ona çox qüvvətli olan öyrətdi gözəl görünüşlü Cəbrail. O, yüksəlib öz surətində göründü”. (ən-Nəcm 5-6). İbn Abbas — radıyallahu anhu — deyir ki: “Zu Mirra — gözəl xarici görkəmli deməkdir”. Qatada — rahmətullahi aleyhi – deyir ki: “Gözəl qəd-qamətli deməkdir”. Həqiqətən Cəbrail — əleyhissəlam — Möhtərəm və Gözəl mələkdir.
Fitri olaraq insanlar daima mələkləri gözəl, şeytanı isə çirkin, eybəcər sayırlar. Buna görə də gözəl görnüşlü insanı mələk ilə müqayisə edirlər. Bax, gör qadınlar Yusuf — əleyhissəlam — ı gördükləri zaman nə dedilər: “Qadın onların hiyləsindən xəbər tutduqda qonaqlığa gəlmək üçün onlara xəbər göndərdi və onlar üçün mütəkkələr hazırladı (məclis qurdu), onların hər birinə bir bıçaq verdi və Yusufa: “Onların qarşısına çıx!”— dedi. Qadınlar Yusufu gördükdə onu o qədər təriflədilər ki, unudub meyvə əvəzinə öz əllərini kəsdilər və dedilər: “Allah saxlasın! Bu ki bəşər deyil. Bu ancaq hörmətə layiq bir mələkdir!”. (Yusuf 31).

————
Toplayan və Tərcümə Edən: K.Hüseyn

Bənzər Məqalələr