featured-image-3386

Peyğəmbər(səllallahu aleyhi və səlləm) demişdir : “Mənim bu dünyada olan məsəlim, ağacın kölgəsində dincəlib sonra yoluna davam edən müsafirin məsəlinə bənzəyir.” (Sünən ən-Nəsai)

İbn Ömər (r.a) rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) mənim çiynimdən tutub dedi: “Dünyada bir qərib yaxud bir müsafir kimi ol!”
İbn Ömər (r.a) deyərdi: “Axşama çıxdıqda, səhərə sağ qalacağını və səhərə çıxdıqda axşama sağ qalacağını gözləmə. Xəstələnənədək sağlamlığından və ölənədək həyatından istifadə et!” (Sünən Əbu Davud)

Peyğəmbər(səllallahu aleyhi və səlləm) demişdir : “Bilirsinizmi ən ağıllı mömin kimdir?” “tez-tez ölümü fikirləşən, buna hazırlıq görən insan!” (Səhih ət-Tərğib vət Tərhib)

Peyğəmbər (səllallahu aleyhi və səlləm) bir kişiyə nəsihət edib demişdir: “Beş şey gələnədək beş şeydən istifadə et! Qocalanadək cavanlığından, xəstələnənədək sağlamlığından, kasıblayanadək var-dövlətindən, məşğul olanadək boş vaxtlarından və ölənədək həyatından!” (Mustədrək, Hakim)

Bənzər Məqalələr

media-img_5646

Allahın elçisi ﷺ müxtəlif hədislərində Allah qatında xeyirli və yaxşı insanların kimlər olduğuna dair belə demişdir: «Ən xeyirliniz Quranı öyrənən və öyrədəndir.» (Sahih əl-Buxari, 5027). «Ən xeyirliniz əxlaqı ən gözəl […]
Daha ətraflı