featured-image-2733

Bir gün Əbu Cəhl Allah rəsulunun (sallallahu aleyhi və səlləm) qarşısına keçib deyir:

-Ya Muhəmməd! Dünyada səndən daha çirkin bir insan görmədim! Peyğəmbər (sallallahu aleyhi və səlləm):

-Doğru söylədin!-deyə cavab verir.

Az sonra ƏbuBəkr (radıyəllahu anhu) Allah rəsulunun (sallallahu aleyhi və səlləm) yanına gəlib deyir:

-Ya Muhəmməd! Dünyada səndən daha gözəl bir insan görmədim! Peyğəmbər (sallallahu aleyhi və səlləm):

-Doğru söylədin!-deyə cavab verir.

Bu hadisəni seyr edən səhabələr Rəsulullahdan (sallallahu aleyhi və səlləm) nə səbəbə bu cür söylədiyini soruşurlar. Peyğəmbər (sallallahu aleyhi və səlləm) cavab verir:

-Onlar güzgüdə özlərini gördülər.

Əbu Hureyra (ra) rəvayət edir ki, Allah elçisi (sallallahu aleyhi və səlləm) buyurmuşdur:

-“Mömin möminin güzgüsüdür!” (Əbu Davud)

Həqiqətən də mömin möminin güzgüsüdür.Çünki mömin qardaşın eyiblərini üzünə söyləyər, arxanca danışmaz!

Bir-birində səhv görərsə, bildirər, doğru yol göstərər, özünə istədiyi xeyri ona da istəyər.Necə ki, sən güzgüyə baxıb gülümsəyirsən, o da sənə gülümsəyir. Mömin qardaş da elədir.Daim gülərüz, daim mehriban.Hətta ona qəzəblənsən belə səninlə gözəl əxlaq ilə davranar.

O qəzəbdən deyil, saf və təmiz olduğu üçün eyibləri söyləyər.O sənin tək eyiblərini yox, gözəlliklərini də göstərər.

Güzgüdə sənin vəzifən, tutduğun mövqe və şan-şöhrətin əks olunmaz.Yəni islam qardaşlığı dünya mənfəətinə bağlı olmaz.Möminlər bir-birlərini yalnız Allah rzası üçün sevərlər.

Sən həmin güzgünü qırsan belə yenə də sınıq parçaları ilə sənin əvvəlki eyib və gözəlliklərini söyləyər. Lakin eyib və nöqsanları olduğundan böyük göstərməz.

Və əgər güzgü sənə eyiblərini söylədisə, özünü islah etməyə çalış, güzgünü sındırmağa çalışma!

———
Abu Salih

Bənzər Məqalələr