Uca Allah Hz.Məhəmmədin (Ona Salam olsun) böyük bir əxlaq sahibi olduğunu vəsf edərək buyurur: “Həqiqətən də, sən böyük əxlaq sahibisən!” (Qələm, 5). Həmçinin onun mülayim və yumşaq təbiətli olduğunu vəsf edərək buyurur: “Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daşqəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar.” (Ali-İmran, 159). Başqa bir ayədə onun möminlərə qarşı qayğıkeş, şəfqətli və rəhmli olduğu bildirilir: “Sizə özünüzdən elə bir Elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O, sizə qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhmlidir.” (Tövbə, 128).
Hz.Peyğəmbər (Ona Salam olsun) insanlara qarşı mülayim olmağı əmr edərək demişdir: “Asanlaşdırın, çətinləşdirməyin, müjdələyin, qaçırmayın.” (Buxari və Muslim). Əbu Hureyradan rəvayət olunan hədisdə bir bədəvi gəlib məscidi batırdığı zaman Peyğəmbər (Ona Salam olsun) demişdir: “Dəyməyin, onun sidiyinin yerinə bir qab su tökün, şübhəsiz ki, sizlər çətinləşdirən olaraq deyil, asanlaşdıran olaraq göndərilmisiniz.” (Buxari).
Hz.Peyğəmbər (Ona Salam olsun) belə demişdir: “Ey Aişə! Şübhəsiz ki, Allah mülayimdir və mülayimliyi sevir. Mülayimlik üçün verdiyini şiddət və ya başqa şeylərə vermir.” (Muslim). Başqa bir hədisdə Peyğəmbər (Ona Salam olsun) demişdir: “Hər hansı bir işdə mülayimlik olarsa, o həmin işi bəzəyər. Hər hansı bir işdə mülayimliyin olmaması isə o işə eyib gətirər.” (Muslim, 2594). Həmçinin Hz.Peyğəmbər (Ona Salam olsun) demişdir: “Mülayimlikdən məhrum olan xeyirdən də məhrum olar.” (Muslim).

 

Uca Allah iki hörmətli peyğəmbəri Musa ilə Haruna Fironu mülayim və nəzakətlə dəvət etmələrini buyurmuşdur. O, buyurur: “Fironun yanına gedin. Çünki o, həddini aşmışdır. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!” (Ta ha, 43-44).

 

Həmçinin Uca Allah səhabələri də vəsf edərək onların öz aralarında mülayim olduqlarını buyurur. Uca Allah buyurur: “Muhəmməd Allahın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər.” (Fəth, 29).

 

Təəssüflər olsun ki, günümüzdə bəzi müsəlmanlar, hətta öz aralarında belə mehribanlıq, səmimiyyət və mülayimlik kimi gözəl xüsusiyyətlərə riayət etmirlər. Bu azmış kimi, aralarında ədavətə, düşmənçiliyə, qeybətə və dözümsüzlüyə belə yol verirlər. Uca Allah, bizləri yuxarıda qeyd olunmuş rəbbani nəsihətlərə əməl edərək, gözəl əxlaq nümunəsi olan şəxslərdən etsin! Qiyamət günü hesab tərəzisində ən ağır gələcək şeyi (gözəl əxlaqı), həyatımızda ‘yüngül’ olaraq tətbiq etməkdən qorusun!

 

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Bənzər Məqalələr

media-img_2834

Səhər — sübh namazından sonra, günəş doğana qədər; axşam — əsr namazından sonra günəş batana qədər olan müddətdir: (1)- ( الحَمْدُ للهِ وَحْدَهُ وَالصَّلاةُ وَالسَّلامُ عَلى مَنْ لاَ نَبِيَّ بَعْدَهُ […]
Daha ətraflı
media-img_2770

(( اللَّهُمَّ اجْعَلْ فيِ قَلْبِي نُورًا، وَفيِ لِسَانِي نُورًا، فيِ سَمْعِي نُورًا، فيِ بَصَرِي نُورًا، وَاجْعَلْ مِنْ خَلْفِي نُورًا، وَمِنْ أَمَامِي نُورًا، وَاجْعَلْ مِنْ فَوْقِي نُورًا، وَمِنْ تَحْتِي نُورًا، اللَّهُمَّ […]
Daha ətraflı