NAMAZIN TİBBİ FAYDALARI
Misirin paytaxtı Qahirə şəhərində “Beynəlxalq Şüa Texnologiyası Mərkəzi”-nin etmiş olduqları elmi araşdırma, maraqlı faktları ortaya çıxardı. Araşdırmalar nəticəsində, namaz zamanı edilən səcdə`nin, insan orqanizmində olan xərçəng riskini azaltması müəyyən edilmişdir.
Araşdırmalar bununla yanaşı, səcdə`nin hamilə qadınlar üçün də olduqca xeyirli olduğunu, döl`ün deformasiya olmasını əngəllədiyini və bir çox başqa fiziki və psixoloji xəstəliklərin müalicəsi üçün olduqca faydalı olduğunu müəyyən etmişdir.
“Şüa texnologiyası mərkəzi” rəhbəri Prof. Bioloq Muhəmməd Ziyaəddin Həmid, dövrümüzdə insanların hər yöndən elektromaqnit dalğalara məruz qaldıqlarını və bu səbəblə də daha çox şüa qəbul etdiklərini qeyd edərək, bədəndə toplanan bu yükün mütləq kənara atılmalı olduğunu bildirdi.
Araşdırma nəticəsində, bədəndə toplanmış elektromaqnit yükün, Allah`a səcdə etməklə kənara boşaldıldığının müəyyən edildiyini deyən Misirli alim, insan boyunun kiçilməsinin (və ya aşağı əyilməsinin) elektromaqnit dalğalara məruz qalma ehtimalını daha çox azaltdığını da qeyd etdi.
YEDDİ ƏZANIN (bədən üzvünün) YERLƏ TƏMAS ETMƏSİ, ENERJİNİ BOŞALDIR..
İnsanın səcdə halında olarkən elektromaqnit dalğalara daha az məruz qaldığının və alının yerə dəyməsi nəticəsində bədəndəki elektromaqnetik yükün bədən xaricinə boşaldıldığının müəyyən edildiyini qeyd edən Pr. Muhəmməd Ziyaəddin, səcdə vəziyyətində olan bir insanın yeddi orqanının (əllər, ayaqlar, dizlər və baş) yerlə təmas etməsinin boşalmanı sürətləndirdiyini və bu prosesin, yorğunluq və bəzi xəstəliklər üçün müsbət mənada çox xeyirli olduğunu bildirdi.
Elektrik yükünün bədəndən daha effektiv formada kənarlaşdırılması üçün, səcdə anında Qibləyə yönəlmənin lazım olduğunu bildirən Pr. Ziyaəddin, Kəbə`nin yer üzünün mərkəzi olduğunu və yer üzünün mərkəzinə yönəlmənin, bədəndəki elektrik yükünü kənarlaşdırmaq üçün ən ideal vasitə olduğunu dedi.
Beş vaxt fərz namazın bədəndəki elektrik yükünün kənarlaşdırılması üçün kifayət etdiyini bildirən Misirli alim, yuxu əsnasında bədəndə əmələ gələn ünsürlərin, sübh namazıyla kənarlaşdırıldığını, insanın həmin günə sağlam və fəal bir şəkildə başladığını da qeyd etdi.
Zöhr (günorta), Əsr və Məğrib (axşam) namazlarının, günün yorğunluq və stresini azaltdığını, insana psixoloji rahatlama verdiyini deyən Pr. Ziyaəddin, İşa (yatsı) namazıyla birlikdə, gün ərzində bədəndə əmələ gəlmiş (elektromaqnit) yükün geri qalan hissəsinin kənara atıldığını və insanın rahat bir şəkildə yuxuya getməsini təmin etdiyini qeyd etdi..
Hazırladı: Ayxan Yaquboğlu
Materiallardan istifadə edərkən istinad vacibdir!