featured-image-2533

Sual: Oruc tutanın ağız suyunu udması barədə hökm nədir?

Cavab: Ağız suyu oruca təsir etmir, çünki bu sadəcə tüpürcəkdir. Bir kəs bunu udursa bunda bir xəta yoxdur və ağız suyunu tüpürürsə, bunda da bir xəta yoxdur. Bəlğəmə gəldikdə, bu sinədən və yaxud burundan gəlir və həmçinin selik adlanır və bəzən qatı bəlğəm şəklində olur ki, sinədən və bəzən də başdan gəlir, bu halda bunu tüpürmək lazımdır. Bunu xaric etmək və udmamaq vacibdir. Adi ağız suyuna gəldikdə isə, bu tüpürcəkdir, bunda bir xəta yoxdur və oruc tutana zərəri yoxdur.

İslami Fətvalar, səh.260, cild.2

Əbdüləziz ibn Abdullah ibn Bəzz

Bənzər Məqalələr

media-img_3438

Bəzi şeylər zamanı gəlmədən gerçəkləşmir. Daim mübarizə aparmaq, hər bir təfərrüatı nəzarətdə saxlamağa çalışmaq və nəticələrə ilişib qalmaq insanı yorur. Halbuki insan hər şeyi idarə edə bilməyəcəyini qəbul etdikdə, daxilindəki […]
Daha ətraflı