PEYĞƏMBƏR (SAV)-İN HƏDİYYƏ VERMƏSİ VƏ MÜSAFİRƏ OLAN İKRAMI
Hədiyə verər və alardı. Peyğəmbər – sallallahu aleyhi və səlləm – hədiyyə qəbul edər və ona qarşılıq verərdi (Buxari). Müsafirə ikram edərdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim Allaha və Axirət gününə iman edirsə qonağına ehtiram etsin…» (Buxari «Ədəbul Mufrad» 102). Müsafir də öz növbəsində ev sahibinə çox qalmaqla əziyyət verməməlidir: Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim Allaha və Axirət gününə iman edirsə qonağının bəxşişini versin». Səhabələr: «Ey Allahın Rəsulu! Qonağın bəxşişi nədir?» deyə soruşdular. Peyğəmbər: «Bir gecə və bir gündüz (evində qonaq saxlamaq) Qonaq saxlamağın müddəti üç gündür. Bundan artıq isə ev sahibi üçün sədəqədir. Lakin qonaq ev sahibinə əziyyət verənə qədər onun yanında qalmamalıdır» (Buxari «Ədəbul Mufrad» 741).
Heç vaxt bir şeyə yoxdu deməzdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm -dən bir şey istənilib də onun xeyr (yox) dediyi əsla olmamışdır» (Müslim 2311). Allaha and olsun ki, dağlar, çöllər, ərəb yarımadası, bütün dünya Peyğəmbər – sallallahu aleyhi və səlləm -dən daha əxlaqlı, daha uca sifətli bir kimsə görməmişdir. Onun böyük bir əxlaq sahibi olduğunu görmək üçün özünü hazırla. Səhl b. Sad – radıyallahu anhu – rəvayət edir ki, bir qadın öz əlləri ilə toxuduğu bir paltarı Peyğəmbər -sallallahu aleyhi və səlləm -ə gətirdi. Sən geyinəsən deyə onu öz əllərimlə toxudum. Peyğəmbər -sallallahu aleyhi və səlləm – ona ehtiyacı olduğu üçün aldı. Yanımıza onunla beldən aşağı hissəsini örtərək çıxdı. Bir nəfər: «Nə qədər gözəldir, bunu mənə verərsən» dedi. Peyğəmbər: «Olur» deyə buyurdu. Peyğəmbər – sallallahu aleyhi və səlləm – o paltarı ona göndərdi. Orada olanlar o kişiyə: «Heç yaxşı iş görmədin. Peyğəmbər – sallallahu aleyhi və səlləm -in ona ehtiyacı olduğu üçün geyinmişdi, sən də ondan bir şey istəyənin istədiyini boş qaytarmadığını bildiyin halda ondan bunu istədin» dedilər. O: «Allaha and olsun ki, mən onu geyinmək üçün ondan istəmədim. Onu kəfənim olsun deyə ondan istədim». Səhl deyir ki: «Həqiqətən də o, paltar o, kimsənin kəfəni oldu» (Buxari). Həkim b. Hizam – radıyallahu anhu – deyir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm -dən bir şeylər istədim mənə verdi, sonra yenə də ondan bir şeylər istədim mənə verdi, sonra yenə də ondan bir şeylər istədim yenə də mənə verdi və buyurdu: «Ey Həkim! Heç şübhəsiz ki, bu mal yaşıldır, şirindir. Kim bunu könül xoşluğu ilə alarsa bu malda ona bərəkət ehsan edilir. Kim də verənin gözü qaldığı halda alarsa bu malda ona bərəkət ehsan edilməz. Yeyib və doymayan kimsəyə bənzər. Yuxarı əl aşağı əldən xeyirlidir» (Buxari).
Yanında olduğu hər kəsə gülərüz olmağı, sevinclə qarşılamağı sevərdi. Cərir b. Abdullah – radıyallahu anhu – rəvayət edir ki, Müsəlman olduğum vaxtdan bəri hər dəfəsində Peyğəmbər – sallallahu aleyhi və səlləm – məni gördükdə və ayrıldıqda mütləq gülümsəyərdi (Buxari). Abdullah b. Həris – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən daha çox təbəssüm edən bir kimsə görmədim (Tirmizi). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sənin qardaşının üzünə gülümsəmən də bir sədəqədir» (Tirmizi). Peyğəmbər – sallallahu aleyhi və səlləm – insanlar arasında ən yumşaq kimsə idi. Birisi ondan bir şey istədimi ona qulaq verir, dinləyərdi. Ondan bir şeylər istəyən kimsə ondan ayrılmadıqca, ayrılan Peyğəmbər – sallallahu aleyhi və səlləm – olmazdı. Bir kimsə onun əlini tutmaq istədikdə mütləq ona əlini verərdi. Onun əlini tutmaq istəyən kimsə əlini çəkmədikcə o, əlini çəkməzdi» (Əbu Nuaym «Deläilu'n-Nübuvve»).