Peyğəmbər (s.ə.s)-in həyat yoldaşları
Allahın qulları!.. Allahdan haqqı ilə qorxun. Allahdan haqqı ilə qorxmaq (təkva) Allaha dönən hər kimsə üçün bir xatırlatma və qullar üçün əzabdan qurtuluşdur.
Ey Müsəlmanlar! Müsəlman qadın; ən fəzilətli zamanda yaşamış, evlərin ən ucası olan peyğəmbər evində yaşamış qadınları misal götürməkdən xöşbəxtçilik hiss edər. Çünki Allah onların məqamını yüksəltmiş və dəyərini ucaltmışdır. Quran, onları tərif etmişdir. Uca Allah belə buyurur : «Siz ey Peyğəmbərin zövcələri! Allahdan qorxacağınız təqdirdə siz (başqa) qadınların heç biri kimi deyilsiniz.» (əl Əhzab surəsi, 32)
Peyğəmbər (s.ə.s)-in həyat yoldaşları mübarək yoldaşlar və uca qadınlardır. Onların birincisi; ağıllı, dindar və soylu Xədicə bint Xuveylid (r.a)-dır. Fəzliətli tərbiyə və ədəblə böyümüş, iffət və şərəf sifətinə sahib olmuşdur. Məkkə qadınları arasında «Tahirə» (təmiz qadın) adı ilə çağrılırdı. Peyğəmbər (s.ə.s) onunla evləndiyi vaxt o, Peyğəmbər (s.ə.s)-ə ən yaxşı yoldaş oldu. Onu bir başa canı və malı ilə qorudu. Rəsulallah (s.ə.s) pis anlarında ona sığınır, kədərini ona açardı. İlk vəhy nazil olduqda, ona yönəldi. Qəlbi, gördüyü mənzərənin qorxusundan titrəyirdi. Ona belə dedi : «Mənə nə olur ey Xədicə? Özüm üçün qorxdum» Xədicə (r.a), Onu sakit bir şəkildə qarşıladı və belə dedi: «Əsla qorxma! Vallahi, Allah səni heç utandırmaz»
İslam, onun evində parladı və o, bu ümmətdən ilk Müsəlman olan idi. İbnul Əsir deyir ki : «Müsəlmanların hamısının fikrinə görə Xədicə, Allahın qulları arasında Müsəlman olan ilk insandır. Onan əvvəl heç bir kişi və ya qadın Müsəlman deyildi»
Dəvətinin ilk illərində Peyğəmbər (s.ə.s)-ə təzyiqlər şiddətlənmiş və əziyyətlər artmışdı. Xədicə (r.a) şəfqətli bir qəlbə və kəskin fikrə sahib idi. Rəsulallah (s.ə.s) nə zaman insanlardan xoşlamadığı bir şey eşidib Xədicə (r.a)-a dönərdisə, Xədicə (r.a) Onu sakitləşdirər və kədərini yüngülləşdirərdi. Peyğəmbər (s.ə.s) belə buyurur : «İnsanlar məni inkar etdiyi zaman o mənə iman gətirdi. İnsanlar məni yalanladıqda (yalan saydıqda) o məni doğruladı (doğru saydı) İnsanlar məni (mallarından) məhrum etdikdə o mənə malı ilə dəstək oldu. Allah məni başqa qadınların uşaqlarından məhrum buraxdığında məni onun uşağı ilə rizqləndirdi « Bu hədisi, İmam Əhməd rəvayət edir.
O yoldaşına qarşı yaxşı davranan uca bir qadın və şəfqətli bir ana idi. İbrahimdən başqa, Peyğəmbər (s.ə.s)-in bütün uşaqları ondandır. Uca bir ədəbə və dəyərli bir əxlaqa sahib idi. Heç bir gün Peyğəmbər (s.ə.s)-in sözünə etiraz etməmiş və mübahisə edərək ona əziyyət verməmişdi. Peyğəmbər (s.ə.s) belə buyurur: «Cəbrayıl mənim yanıma gəldi və «Onu (Xədicə (r.a)-nu) Cənnətdə içi boş incidən bir sarayla müjdələ ki, orada nə gurultu var, nə də yorğunluq» dedi» Bu hədisi Buxari və Muslim rəvayət edir
Suheyli deyir ki : «Cəbrayıl ona cənnətdə bir saray müjdəsi verdi, çünki o heç bir gün Peyğəmbər (s.ə.s)-ə qarşı səsini yüksəltmədi və Onu yormadı. Heç bir gün Onun üstünə qışqırmadı və əsla əziyyət etmədi»
Xədicə (r.a), Rəbbi qatında gördüyündən razıdır və ondan da razı olunmuşdur. Peyğəmbər (s.ə.s) belə buyurur: «Cəbrayıl mənim yanıma gəldi və «Xədicənin yanına getdiyində ona Rəbbindən və məndən salam söylə» dedi» Bu hədisi, Buxari və Muslim rəvayət edir. İbnul Qeyyim rahimahullah deyir ki : «Bu, ondan başqa heç bir qadına nəsib olmayan bir fəzilətdir»
Allah onu sevmiş, mələklər onu sevmiş və Rəsulallah (s.ə.s) onu sevmişdir. Peyğəmbər (s.ə.s) belə buyurur: «Şübhəsiz mənə onun sevgisi verildi» Bu hədisi, Muslim rəvayət edir
Peyğəmbər (s.ə.s), ondan bəhs etdiyində şanını ucaldır və onun dostluğuna təşəkkür edərdi. Aişə (r.a) belə deyir: «Peyğəmbər (s.ə.s) Xədicəni andığında, onu tərifləməkdən və onun üçün bağışlanma diləməkdən əsla bezməzdi»
Rəsulallah (s.ə.s), ona olan sevgisini və vəfasını qorumuşdur. Xədicə (r.a)-nun vəfatından sonra, onun dostlarına hörmət edirdi. Aişə (r.a) belə deyir: «Bəzən bir qoyun kəsər, sonra parçalara ayırar, sonra Xədicənin dostlarına göndərərdi. Bəzən Ona «Sanki dünyada Xədicədən başqa heç bir qadın yoxdur» deyərdim. Belə deyərdi: «O belə, belə idi və mənim ondan uşağım oldu»« Bu hədisi, Buxari rəvayət edir.
Peyğəmbər (s.ə.s), Xədicə (r.a)-nun vəfatından sonra bir gün bacısının səsini eşidir və çox qəmgin olur. Belə deyir: «Mənə Xədicəni xatırlatdı»
Xədicə (r.a)-nun dini, ağlı və əxlaqı qüsursuz idi. Peyğəmbər (s.ə.s) belə buyurur: «Kişilərdən qüsursuz olan çoxdur. Qadınlardan isə ancaq üçü qüsursuz olmuşdur. İmranın qızı Məryəm, Fironun yoldaşı Asiya və Xuveylidin qızı Xədicə» Bu hədisi İbn Mərdəveyh rəvayət edir.
Xeyirlik və şərəf baxımından bu ümmətin bütün qadınlarını keçmişdir. Peyğəmbər (s.ə.s) belə deyir: «(Zamanının) qadınlarının ən xeyirlisi İmranın qızı Məryəmdir. (Bu ümmətin) qadınlarının ən xeyirlisi isə Xədicədir» Bu hədisi, Buxari və Muslim rəvayət edir.
Xədicə (r.a), özü salih bir qadın olmaqla bərabər evini də islah etmişdir. Bu zəhmətinin qarşılığını görmüş və həm özü, həm də qızı Cənnətdəki qadınların ən xeyirlisi olmuşdur. Peyğəmbər (s.ə.s) belə buyurur: «Cənnət əhli qadınların ən fəzilətlisi Xədicə, Fatima, Məryəm və Asiyadır» Bu hədisi, İmam Əhməd və Nəsai rəvayət edir.
Xədicə (r.a)-nun, Peyğəmbər (s.ə.s)-in qəlbində böyük bir yeri vardır. Peyğəmbər (s.ə.s) ondan əvvəl və onun sağlığında bir başqa qadınla daha evlənməmişdir. Onun ölümünə çox pis olmuşdur. Zəhəbi rahimahullah belə deyir: «Ağıllı, uca, dindar, namuslu və şərəfli, Cənnət əhlindən bir qadındı»
Əbu Bəkr əs Sıddık (r.a)-nun qızı Aişə (r.a), doğruluq və təkva evində dünyaya gəlmiş və iman dolu bir evdə yetişmişdir. Anası, bacısı Əsma və qardaşı səhabələrdəndir. Atası isə bu ümmətin sıddıkıdır. Elm yuvasında yetişmişdir. Atası, Qureyşin ən ağıllılarından və soyları ən yaxşı bilinənlərindəndir. Allah ona parlaq bir zəka və kəskin bir hafizə bağışlamışdır.
İbni Kəsir rahimahullah belə deyir: «Daha əvvəlki ümmətlərdə hafizə və elm, düzgün danışma və ağıl baxımından Aişə (r.a)-nın bir bənzəri daha gəlməmişdir. Elm və hikmətdə özündən başqa qadınları geridə buraxmışdır. Ona, fikhdə anlayış və şeerdə hafizə gücü vermişdir. O, şəriət elmlərini içində toplayan bir qab kimi idi»
Zəhəbi rahimahullah isə belə deyir: «Ümmət qadınlarının qətiyyətlə ən ağıllısı (ən çox fikh bilən və anlayışa sahib olan) idi. Muhammad (s.ə.s)-in ümməti içində, hətta bütün qadınlar içində ondan daha ağıllı bir qadın bilmirəm»
Fəziləti və gözəl xasiyyətilə digər qadınlardan üstün olmuşdur. Peyğəmbər (s.ə.s) belə deyir: «Aişənin (digər) qadınlara üstünlüyü, səridin (Ət və çörək parçalarından düzəldilən və ərəblərdə digər yeməklərdən üstün olan bir yemək növü) digər yeməklərdən üstünlüyü kimidir» Bu hədisi, Buxari və Muslim rəvayət edir.
Peyğəmbər (s.ə.s) onu çox sevmişdir və o ancaq təmiz/yaxşı olanı sevərdi. Amr ibnul As (r.a) Peyğəmbər (s.ə.s)-dən soruşur «İnsanların hansı sənə ən sevimlidir, ey Allahın Rəsulu?» Rəsulallah (s.ə.s) «Aişə» deyir. «Bəs kişilərdən?» deyə soruşunca «Onun atası» deyə cavab verdi.» Bu hədisi, Buxari rəvayət edir.
Rəsulallah (s.ə.s), Aişə (r.a)-dan başqa bakirə birisi ilə evlənməmişdi və onun yatağından başqa bir yoldaşının yatağında ikən ona vəhy gəlməmişdir.
Aişə (r.a) iffətli və Rəbbinə çox ibadət edən bir qadın idi. Kişilər görməsin deyə evindən ancaq gecələr çıxardı. Özü «Bayıra ancaq gecələr çıxardıq» deyir. Bunu Allah Təalanın bu əmrini yerinə yetirmək üçün edərdi : «Evlərinizdə qərar tutun. İlkin Cahiliyyat dövründəki kimi açıq-saçıq olmayın» (əl Əhzab surəsi, 33) Kurtubi rahimahullah belə deyir: «Şəriət, qadınların evlərində oturması və zərurət olmadıqca evdən çıxmaqdan çəkinməsi lazım olmasına aid dəlillərlə doludur. Əgər evdən çıxmağa ehtiyac hiss edərsə, tam bir örtü içində olmalıdır»
Allah sevdiyi qulu imtahan edər və imtahanı imanı ölçüsündə olar. Aişə (r.a), hələ oniki yaşında ikən iftiraya düçar oldu. Deyir ki : «Elə ağladım ki, bir an belə yata bilmədim və gözyaşlarımın ardı-arxası kəsilmədi. Hətta anam-atam ürəyimin parçalandığını sandılar» Başına gələn müsibət çox şiddətli idi. Belə deyir: «Elə ki, gözyaşlarım çəkildi və bir damla belə hissetmirdim»
İbni Kəsir rahimahullah belə deyir: «Allah ona acıdı və günahsız olduğunu hər zaman oxunacaq on ayətdə bildirdi» Beləcə hələ gəncliyinin baharında şanı ucaldı. Allah onun təmiz qadınlardan olduğuna şahidlik etdi, ona bağışlanma və dəyərli bir rizq vəd etdi. Peyğəmbər (s.ə.s)-ə baxmaq üçün yuxusuz qaldı, öz evində və qucağında vəfat edincəyə qədər xəstəliyində Ona qulluq etdi.
Qəlbi səlim Sevda bin Zəma… Peyğəmbər (s.ə.s)-in Xədicədən sonra ilk evləndiyi yoldaşı. Təxminən üç ilə qədər Peyğəmbər (s.ə.s)-in tək yoldaşı olaraq qaldı. Uca və müqayisəsiz bir qadın idi. Təmiz bir insan idi. Rəsulallah (s.ə.s)-in sevgisini gözləyərək və Allahın razılığını istəyərək, öz sırasını Aişə (r.a)-ya bağışladı.
Çoxca namaz qılan və çoxca oruc tutan, Əmirəl Möminin Ömər ibnul Xattab (r.a)-nun qızı Hafsa… Dinə dəstək olan və haqqı ortaya çıxaran bir evdə yetişdi. Ailəsindən yeddi nəfər Bədr savaşına qatıldı. Aişə (r.a) onun haqqında belə deyir: «Peyğəmbər (s.ə.s)-in yoldaşları arasında o mənimlə rəqabət edirdi»
Çoxca sədəqə verən Zeynəb binti Huzeymə əl Hilaliyyə… Xeyirdə yarışan və çox bağışlayan bir qadın idi. Peyğəmbər (s.ə.s) ilə iki ay evli qaldıqdan sonra vəfat etdi.
Allah üçün hicrət edən Ümmu Həbibə binti Əbu Sufyan.. Peyğəmbər (s.ə.s)-in yoldaşları arasında soy baxımından ondan başqa ona daha yaxın biri yoxdu. Yenə yoldaşları arasında mehri ondan daha çox olan və onun kimi uzaqda ikən evləndiyi birisi yoxdu. Ummu Həbibə (r.a) dinini qurtarmaq üçün Həbəşistana qaçdığında, Peyğəmbər (s.ə.s) onunla nigahlandı və Həbəşistan kralı Onun adına mehrini verdi.
Səbirli və həyalı Ummu Sələmə (r.a)… İlk hicrət edənlərdən, Hind binti Əbu Umeyyə… Yoldaşı Əbu Sələmə ilə birlikdə Mədinəyə hicrət etmək istəyincə, qövmü onları bir-birindən ayırdı və uşaqlarını da buraxmadı. Ummu Sələmə belə deyir: «Hər sabah erkəndən bayıra çıxar, əl Əbtah yerində oturar, axşama qədər ağlardım. Bir il ya da bir ilə yaxın bu belə sürdü. Sonda mənə yazıqları gəldi və uşağımı geri döndərdilər»
Allaha olan inancı tam idi. Yoldaşı Əbu Sələmə vəfat etdiyində, Peyğəmbər (s.ə.s)-dən öyrəndiyi duanı etdi və Allah ona Rəsulallah (s.ə.s)-i yoldaş olaraq verdi. Belə deyir: «Rəsulallah (s.ə.s)-in belə buyurduğunu eşitdim. «Hansı Müsəlmanın başına bir müsibət gəlsə və «İnna lillahi va inna ileyhi raciun! Bizlər Allaha aidik və Ona dönəcəyik. Allahım! Başına gələn müsibətdə məni qoru və mənə ondan daha xeyirlisini ver!» deyərsə, Allah ona ondan daha xerirlisini verər» Əbu Sələmə vəfat edincə, «Müsəlmanların hansı Rəsulallah (s.ə.s)-ə ilk hicrət edən ailə olan Əbu Sələmədən daha xeyirli ola bilər?» dedim. Sonra bu duanı etdim, Allah mənə onun ardından Rəsulallah (s.ə.s)-i verdi» Bu hədisi, Muslim rəvayət edir. Başınıza bir müsibət gəldiyində bu duanı edin ki, Allah sizə müsibətdə itirdiyinizdən daha xeyirlisini versin.
Miskinlərin anası Zeynəb binti Cahş… Rəsulallah (s.ə.s)-in xalasının qızı… Soylu və şərəfli bir qadın idi. Allah onu Peyğəmbərinə (s.ə.s) vəlisiz və şahidsiz, Kitabındakı ayətlə evləndirdi. Allah Sübhanahu belə buyurur: «Zeyd zövcəsi ilə əlaqəsini kəsdikdə (Zeynəbi boşadıqda) səni onunla evləndirdik» (əl Əhzab, 37)
Peyğəmbər (s.ə.s)-in onunla evlənməsi, Qiyamət gününə qədər Müsəlman qadınlara bərəkət olmuşdur. Çünki Rəsulallah (s.ə.s) onunla evləndikdən sonra, şərəfin və iffətin qorunması üçün qadınlara örtünmə fərz olunmuşdu.
Kasıblara və gücsüzlərə bolca verir, çoxca sədəqə verir və yaxşılıq edərdi. Şərəfli olduğuna və şəninin ucalığına baxmayaraq çalışar, əli ilə qazandığında sədəqə verirdi. Aişə (r.a) belə deyir: «Dini baxımından Zeynəbdən daha xeyirli, Allahdan daha qorxan, daha doğru sözlü, əqrəbalıq bağlarına daha çox diqqət yetirən və daha çox sədəqə verən bir qadın görmədim»
Çoxca ibadət edən Cuveyriyə binti əl Haris… Bəni Mustakil qəbiləsindən… Atası qövmündə sözü eşidilən birisi idi. Cuveyriyə (r.a) həm özü mübarək qadın idi, həm də ailəsinə, xalqına bərəkət gətirmişdi. Aişə (r.a) belə deyir: «Ondan daha çox qövmünə bərəkət gətirən bir qadın görmədim»
Rəbbinə çoxca ibadət edər, Rəbbina yalvarardı. Namazgahında oturar, gün yarısına qədər Allahı zikr edərdi. Belə deyir: «Sabahın erkən saatlarında «Subhanallah, Subhanallah» deyərkən Rəsulallah (s.ə.s) yanıma gəldi. Sonra bir ehtiyacı üçün ayrıldı və gün ortasına yaxın geri döndü. «Hələ də oturmusan?» (yəni «hələ də Sübhanallah, Sübhanallah deyirsən?»)» dedi. «Bəli» dedim. Bu hədisi. Muslim rəvayət edir.
Safiyya bint Huyeyy.. Harun (ə.s)-ın kökündən olan bir qadın… Dindar, yumşaq xasiyyətli, ağıllı və şərəfli bir qadın idi. Peyğəmbər (s.ə.s) ona belə buyurdu: «Sən bir peyğəmbərin (Harunun) qızısan, əmin (Musa (ə.s)) da bir peyğəmbər idi və sən bir peyğəmbərlə evlisən» Bu hədisi, Tirmizi rəvayət edir. Peyğəmbər (s.ə.s) onunla evləndiyində toy yeməyi olaraq əridilmiş yağ, qurudulmuş pendir və xurma verdi. Peyğəmbər (s.ə.s)-in onunla evliliyi asan və bərəkətli idi.
Əqrəbaları ilə bağını qoparmayan möminlərin anası Meymunə bint əl Haris əl Hilaliyyə… Qadınların ən ucalarındandır. Allah ona təmiz bir qəlb və ibadətə bağlılıq vermişdir. Aişə (r.a) belə buyurur: «Ona gəlincə, içimizdə Allahdan ən çox qorxan və əqrəbaları ilə bağımı ən sağlam tutandı»
Ey Müsəlmanlar!… Bunlar, İslamın ölümsüz qadınlarının, möminlərin analarının həya hekayələridir. Onların gözəllikləri ilə fəzilətləri bir yerə toplanmışdır. Müsəlman qadının, həyatlarında onları misal alması lazımdır. Onların əsərlərini udmaları, dində, əxlaqda, Allahı xatırlamaqda, Allaha və Rəsuluna boyun əymədə, ibadətə bağlılıqda, çoxca ibadət etmədə, doğru sözlülükdə, dili qorumada, kasıblara sədəqə vermədə, gücsüzlərin sıxıntısını aparmaqda, uşaqları islah etmədə və xətalarını düzəldərkən səbrli olmada, elmlə əhatə olunmada, alimlərdən soruşmaqda, iffətə bağlı olmaqda, ehtiyac olmadıqca evdən çıxmamaqda, örtünmədə, nəfsi arzulardan və şübhələrdən uzaq durmaqda, uzun əməl sahibi olmaqdan və həyatda qafil olmaqdan çəkinməkdə, içi pozuq olduğu halda xarici görkəmə diqqət yetirməməkdə, haramlara baxmamaqda və kişilər ilə söhbət etməyə başı qarışmaqdan çəkinməkdən onları misal almaları lazımdır. Müsəlman qadınlar, açılıb saçılmaya və kişilərlə bir yerdə olmağa dəvət edənlərdən çəkinməlidirlər. Çünki qadının şərəfi və izzəti, dinində və örtüyündədir.
Qovulmuş şeytandan, Allaha sığınıram: «Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və mö’minlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!» (əl Əhzab, 59)
Ey Müsəlmanlar… Peyğəmbər (s.ə.s)-in həyat yoldaşları Onunla birlikdə bir evdə, kərpic və xurma yarpağından düzəldilən otaqlarda yaşadılar. Fəqət o ev, iman və təkva ilə dolu idi. Rəsulallah (s.ə.s) ilə birlikdə aclığa və kasıblığa səbr etdilər. Bir ay, iki ay keçir, evlərində (yemək bişirmək üçün) atəş yanmazdı. Bəzi günlər hətta sudan başqa bir şey olmazdı. Qənaətlə yaşadılar və Allahın vədində səbr etdilər. «Şübhəsiz ki, axirət sənin üçün dünyadan daha xeyirlidir!» (əd Duha, 4) Onların əcrləri ikiyə qatlanmışdır «Sizdən hər kim Allaha və Rəsuluna itaət edib yaxşı işlər görsə, onun mükafatını ikiqat (başqa qadınların mükafatlarından iki dəfə artıq) verərik. Biz onun üçün (Cənnətdə) tükənməz (gözəl, minnətsiz) ruzi hazırlamışıq»
Onlardan beşi Rəsulallah (s.ə.s) ilə evləndiyində yaşları qırx ilə altmış arasında idi. Rəsulallah (s.ə.s) bu şəkildə dullara fikir vermiş və yetim qalan uşaqlarına kəfil olmuşdur. Xədicə (r.a) ilə evləndiyində, Xədicə (r.a)-nın qırx yaşı var idi və əvvəli yoldaşından üç uşağı var idi. Rəsulallah (s.ə.s) isə əvvəlcə heç evlənməmişdi. Zeynəb bit Huzeymə ilə evləndiyində, Zeynəb bint Huzeymə dul idi və altmış yaşına yaxınlaşmışdı. Ummu Sələmə ilə evləndiyində, Ummu Sələmə dul idi və altı uşağı var idi. Sevda (r.a) ilə evləndiyində, Sevda (r.a)-nın əlli beş yaşı var idi.
Əmi və xala qızı kimi yaxın əqrəbaları ilə də evləndi, əqrəba olmayan qadınlarla da evləndi. Onlar üçün mərhəmətli, cömərd və yaxşı bir yoldaş oldu. Onlarla yaxşı keçindi. Daima onları sevindirir və onlarla yumşaq dayvranardı.
Kim səadəti axtarırsa, insanların ən xeyirlisini misal alsın. Müsəlman qadın da, Onun saleh yoldaşlarının yolu ilə gedsin.
Əbdul Muhsin əl Qasım
www.islamevi.az