featured-image-3588

Rəbiül Əvvəl ayının on ikisi, bazar ertəsi günü Allah təalə mərhəmət olaraq bütün bəşəriyyətə Məhəmməd ibn Abdullah ibn Əbdülmüttalib əl-Haşimi əl-Qurəşini bəxş etdi. Bəşəriyyətin ağası (1) və doğru yol göstərən Məhəmməd (s.a.v) dünyaya gəlməmiş, atası vəfat edir və o yetim kimi doğulur. Altı yaşında isə anası vəfat edir. Beləliklə ata və ana baxımından yetim qalmış Məhəmmədi r babası Əbdülmüttalib himayəsinə alır. Lakin iki ildən sonra Əbdülmuttalib vəfat edir, daha sonra əmisi Əbu Talib onu himayəsinə alır. O, qırx yaşına çatanda Allah təalə ona peyğəmbərlik verir. Allah təalə onu insanlara müjdəçi və xəbərdar edən bir elçi olaraq göndərmişdir. O, boynuna düşən şəriət risaləsini layiqincə yerinə yetirdi, insanları hər cür zülmətdən nura çıxarmaq üçün Rəbbinin ona buyurduqlarını hər kəsə yaydı. Qəbiləsindən olan adlı-sanlı adamlar isə ona və onun tərəfdarlarına olmazın əziyyətlərin verdi.
Ona itaət edənlər isə dünyanı satıb axirəti almış, canları və malları ilə Allah yolunda cihad etmiş, Allaha və Onun Rəsuluna yardım göstərmiş kimsələrdir. Allah təalə onları vəsf edərək buyurur: “(Bu qənimət) yurdlarından qovulub çıxardılmış, Allahdan mərhəmət və riza diləyən, Allaha və Onun Peyğəmbərinə kömək edən yoxsul mühacirlərə (2) məxsusdur. Onlar (imanlarında, sözlərində və işlərində) doğru olan kimsələrdir!”(əl-Həşr, 8).

Peyğəmbər (s.a.v) öz parlaq dəvətini on üç il Məkkədə davam etdirdikdən sonra Allahın əmri ilə səhabələri ilə birlikdə Allah yolunda mal-dövlətlərini, övladlarını, evlərini tərk edib Mədinəyə hicrət (köç) etdilər. Mədinə şəhəri onun gəlişi ilə iman nuruna qərq oldu. Mədinə əhalisi ona sığınacaq verdi, yardım göstərdi və buna görə digər qəbilələrlə düşmən oldu. Öz mallarını və evlərini ənsarlarla bölməyə, hətta arvadlarını boşayıb mühacirlərlə evləndirməyə razı oldular. İki arvadı olan mədinəli Ənsar məkkədən köç etmiş mühacirə: “Hansı arvadımı istəyirsən seç, onu boşayım sən onunla evlən!” — deyərdi. Allah təalə onların bu gözəl davranışlarını Öz kitabında vəsf edərək buyurur: “Onlardan (mühacirlərdən) əvvəl (Mədinədə) yurd salmış və iman gətirmiş kimsələr (ənsarlar) öz yanlarına (şəhərlərinə) mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd (qəzəb) duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr — məhz onlar nicat tapıb səadətə (Cənnətə) qovuşanlardır!”(əl-Həşr: 9)

Peyğəmbər (s.a.v) öz dəvətini Mədinə xaricində davam etdirməklə onu bütün Ərəbistan yarımadasına yaymağa müvəffəq oldu. Sonra isə Allahın köməkliyi ilə Məkkə əl-Mükərrəməni fəth edən o əzəmətli gün gəlib yetişdi. Məkkə camaatı İslamı qəbul etdi və bundan sonra bütün Ərəbistan yarımadası Peyğəmbərin (s.a.v) hakimiyyətinə tabe oldu.

İyirmi üç il dəvət və cihaddan sonra Allah təalənin buyurduğunu təsdiq edən an gəldi. Belə ki, Allah təala buyurur: “Muhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişlər. Əgər o, ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz? Halbuki geri dönən şəxs Allaha heç bir zərər yetirməz. Lakin Allah şükür edənlərə mükafat verər”(Ali İmran, 144).
Bu kədərli hadisə baş verəndə sanki dünya zülmətə bürünmüşdü. Axı, necə də bürünməsin?! Peyğəmbər (s.a.v) buyurmuşdur: “Sizlərdən birinizə müsibət üz verərsə, o öz müsibətini mənimlə birgə xatırlasın! Həqiqətən, mənim ölümüm ən böyük müsibətdir”(3)

Dünya yaradılandan bəri məxluqata Peyğəmbərin (s.a.v) ölümündən daha böyük bir müsibət üz verməmişdir. Budur, Peyğəmbərin (s.a.v) qızı Fatimə ل atası öləndə belə deyirdi: “Rəbbinin çağırışına səs verən atam! Məkanı Firdovs Cənnəti olan atam! Ölümünə görə Cəbrayıla fəğan etdiyimiz atam!” .
(Səhih Əl-Buxari: Kitabul Məğazi, Bab Maradun Nəbiyy r və vəfatuhu 4/1619, ? 4193. )

Budur, Ənəs İbn Malik (r.a) deyir: “Peyğəmbərin (s.a.v) Mədinəyə gəldiyi gün oradakı hər şeydən nur şölələnirdi. Onun vəfat etdiyi gün isə Mədinədə hər şey zülmət içərisində idi. Peyğəmbərdən r əlimiz üzülən kimi qəlbimizin əvvəlki nuraniliyi kəsildi”
(İbn Macə: Kitabul Cənaiz, Peyğəmbərin vəfatı, ? 1163.)

Bu isə Əbu Bəkrdir (r.a) O, Peyğəmbərin (s.a.v) vəfatından sonra Ömərə (r.a) belə demişdi: “Gəl Ummi Əymənin (4) yanına gedib onu ziyarət edək. Biz onun yanına gələndə o ağladı. Onlar Ummi Əyməndən soruşdular: “Nə üçün ağlayırsan? Allah dərgahı Peyğəmbər (s.a.v) üçün daha xeyirlidir”. O dedi: “Allaha and olsun, mən Allah dərgahının Peyğəmbər (s.a.v) üçün xeyirli olduğunu bilmədiyim üçün deyil, səmadan vəhyin kəsildiyi üçün ağlayıram”. Qadın bu sözləri ilə onları da ağlatdı
(Səhihi Müslim: Kitab Fədailus Səhabə, ? 2454.)

Peyğəmbər (s.a.v) Rəbbinin dərgahına getdi, Allahın dini isə yer üzündə qaldı.

(1) Peyğəmbər (s.a.v) buyurmuşdur: “Fəxr etmək üçün demirəm, mən qiyamət günü Adəm övladının ən şərəflisiyəm”. İmam Əhməd “Əl-Müsnəd” 3/2, ? 11000.
(2) Dininə görə məkkədən mədinəyə hicrət edənlərə “mühacir” deyilirdi.
(3) Ət-Təbəqat əl-Kubra 2/275. Albani (Allah ona rəhmət etsin!) “Silsilət əl-Əhadis əs-Səhihə” adlı kitabında bu hədisin səhih olduğunu bildirmişdir ? 1106.
(4) Əsl adı “Bərəkə”dir. O Peyğəmbərin (s.a.v) atasının köləsi olmuşdur. Atasının vəfatından sonra Peyğəmbərə miras qalmış və Peyğəmbər (s.a.v) də onu köləlikdən azad etmişdir. Peyğəmbər (s.a.v) onun haqqında: “Anamdan sonra mənim üçün ana olmuşdur!” — sözlərini deyərdi. O Usamə ibn Zeydin anasıdır.

——————
Tarixi Hadisələrin Təhlili Kitabı
Şəriət Elmləri Doktoru
Osman Xəmis
Tərcümə etdi
Abdurrəhim Muradlı

Tarixi Hadisələrin Təhlili Kitabı, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin DK235B saylı məktubu əsasında nəşr edilmişdir.

Bənzər Məqalələr