featured-image-1239

Məhəmməd Peyğəmbərimizn (sav) həyatının son günü qızı Fatima anamız onun necə əzab çəkdiyini görürdü.O, dedi: “Necə qəmdi atam!”
“Allah Rəsulu (sav) ona cavab derdi:” Bir gün sonra artıq mən heç vaxt gəmgin olmayacağam” (Buxari rəvayət etmişdir).

Peyğəmbərimizn yanında su ilə dolu qab var idi.O, əllərini onun içinə salıb üzünü silərək deyirdi:
“Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur! Həqiqətən ölümdən əvvəl canvermə olur”
(Buxari rəvayət etmişdir)
Sonra peyğəmbərimiz (sav) vəziyyəti pisləşdi və danışmadı, ətrafındakılarla işarələrlə əlaqə saxlayırdı.Tezliklə onun yer üzündə olmamasının son anları yaxınlaşdı.
Allah rəsulunun (sav) başı Aişə anamızın dizləri üstündə idi.Halı ağırlaşanda digər zövcələrindən Aişənin evində qalmaq üçün icazə aldı və hamı icazə verdi.Çünki həyat yoldaşı Aişəni çox sevərdi.Bu zaman Əbu Bəkrin oğlu və Aişə anamızın qardaşı Əbddürrəhman əlində misvak (dişləri təmizləmək üçün xüsusi bitkinin budağıdır.) ilə içəri girməyə icazə aldı və içəri girdi.Allah Rəsulu ona baxdı və Aişə anamız anladı ki, o misvak istəyir.Aişə anamız misvakı ondan aldı və ağzında yumşaldaraq peyğəmbərimizn dişlərini təmizlədi.
Dişlərini təmizləyib qurtarandan sonra peyğəmbərimiz (sav) əlini və barmağını yuxarı qaldıraraq diqqətlə tavana baxdı.Bu an onun dodaqları tərpənirdi.
Aişə anamız qulaq asırdı.Peyğəmbərimiz belə deyirdi: Ey Allahım sənin rəhmətinlə.Ey Allahım məni bağəşla və mənə rəhm eylə.Allahım sənin uca dərgahına.
(Buxari və Müslim rəvayət etmişdir)
Peyğəmbərimiz(sav) qızı Fatimə anamız dedi: Ey atam! Rəbbinin çağırışına qulaq asdın.Ey atam! sənin yerin firdovs bağlarındadır.Atam, sənin üçün biz cəbrailə baş sağlığı yetiririk.
(Buxari və Müslim)

Dəyərli qardaş və bacılarım!
Həqiqətən biz hamımız Allaha məxsusuq və ona dönəcəyik.Yer üzünə bütün bəşəriyyətin paylaşdığı ən gözəl səadəti gətirmiş insan dünyanı bu cür tərk etdi.
Ondan öncə heç kim ona bənzər insanla vidalaşmamışdı və heç kəs Qiyamət gününə qədər bu cür insanı itirməyəcək.

Bənzər Məqalələr