featured-image-2054

Sual: Toyda və yaxud başqa (şənliklərdə) qadınların öz aralarında (yalnız qadınların iştirak etdiyi toy) rəqs etməsinin hökmü nədir? Allah sizi xeyirlə mükafatlandırsın

Cavab: Evlilik münasibəti ilə qadınların rəqs etməsində və bəzi əxlaqlı mahnılar (günah, asilik olmayan) ifa edərək dəflə müşayiət etməsində (adi dəf) bir zərər yoxdur. Çünki bu evliliyin elan edilməsi, bildirilməsidir. Şəriətimiz bunu (evliliyin elan olunmasını) əmr etmişdir. Bununla belə, bir şərtlə ki, qadınlar yalnız qadınların iştirak etdiyi toy mərasimində rəqs etməlidirlər. Səs çox yüksək olmamalıdır ki, bayırda eşidilməsin. Həmçinin (toy mərasiminin) keçiriləcəyi yer tam örtülü olmalıdır. O cümlədən rəqs edərkən qadınlar övrət (gizlədilməli olan bədən hissələri) yerlərini-ayaqlarını, qollarını və yaxud çiyinlərini açmamlıdırlar.

Əl-muntaqa, 2/172

Saleh Fouzan ali Fouzan

Bənzər Məqalələr

media-img_3438

Bəzi şeylər zamanı gəlmədən gerçəkləşmir. Daim mübarizə aparmaq, hər bir təfərrüatı nəzarətdə saxlamağa çalışmaq və nəticələrə ilişib qalmaq insanı yorur. Halbuki insan hər şeyi idarə edə bilməyəcəyini qəbul etdikdə, daxilindəki […]
Daha ətraflı