QARIŞQA
Süleyman sarayında öz əsasına söykənmişdi. Cinlər eləcə işlə məşğul idilər. Onlar hər dəfə Süleymanı gördükdə o həzrətin əzəməti ürəklərini bürüyür və daha artıq təvazökarlıqla işləyirdilər.
Süleyman Allah üçün namazını qurtardı və cinlərin işinə nəzarət etmək üçün öz ibadət mehrabını tərk etdi.
O əsasına söykənərək səhnəyə tamaşa edirdi. Cinlər işləyirdilər. Allah-təala iradə etmişdi ki, o anda Süleymanın ruhunu alsın və onun ruhu səmaya qanad çalıb, Allaha tərəf getsin.
Süleymanın bədəni bir neçə gün o halda qaldı.
Cinlər hər dəfə daxil olduqda Süleymanı görür və öz müxtəlif işləri ilə məşğul olurdular.
Heç kəs məsələnin həqiqətini dərk etmirdi. Hamı Süleymana baxır və onun ayaq üstə durduğunu görürdü.
Allah-təala özünün cin və insandan olan bəndələrinə başa salmaq istəyirdi ki, qeyb aləmindən onların xəbərləri yoxdur.
Qarışqalar mərmər döşənəcək üzərində sürüşürdülər. Heç kəs onların olmasını hiss etmirdi.
Allah-təala iradə etmişdi ki, həqiqəti öz zəif məxluqlarının birinin vasitəsi ilə bəyan etsin.
Qarışqa yerin üzərində sürünməklə özünü Süleymanın əsasına çatdırdı. Əsanın taxtadan olduğunu hiss etdi. Ona görə də onu çeynəməyə başladılar. Süleyman isə eləcə əsasına söykənmişdi.
Qarışqalar öz işlərində artıq sə`ylə çalışırdılar. Cinlər də çalışırdılar. Bir neçə həftədən sonra qarışqalar əsanın bir hissəsini nazikləşdirdilər. Bu zaman böyük bir hadisə baş verdi:
Süleyman yerə yıxıldı. O, mərmər döşəmənin üzərinə düşdü. Hamı onun çoxdan dünyasını dəyişdiyini və canını tapşırdığını bildi. Cinlər bildilər ki, qeybdən xəbərləri yoxdur. Onlar Süleymanın ölümünü bilmədiklərinə görə bütün bu müddətdə eləcə işlə məşğul olublar.
Əgər o qarışqalar olmasaydılar onlar hələ çox işləyəcəkdilər.
Mö`minlər Süleymanın ölümünə görə qəm-qüssəyə batdılar. Amma, cinlər sevindilər. Çünki, onlar insana xidmət etmək işindən azad olmuşdular. Beləliklə, Süleymanın hakimiyyəti sona çatdı. Çox qəribə bir məmləkət… İnsan, cin və heyvanların bərpa etdiyi maraqlı bir mədəniyyət…
Salam olsun Süleymana; müdrik peyğəmbərə; Allaha şükr edən iman məmləkətinin padşahına
————-
Tamilla Mirzoyeva