Qazancdan müəyyən pay müqabilində sərmayə qoyuluşu
Sual: Bir az pulum var. Qazanc əldə etmək üçün investisiya şirkətinə qoydum. Şirkət növbəti ayda əldə olunan qazancdan sərmayədarlara demək olar ki, sabit pay verir. Lakin əvvəlcədən qazancın nisbəti barədə razılıq olmamışdır. Belə olduğu halda bu riba sayılırmı?
Cavab: Həmd Allaha məxsusdur.
Bu barədə razılıq əldə olunubsa bunda bir xəta yoxdur. Şirkət qazancın yarısı, yaxud üçdə bir və ya dörddə biri qarşılığında pul vəsaitini biznes fəaliyyətlərinə qoyursa bunda bir problem yoxdur. Lakin (qoyduğunuz sərmayəyə əsasən) üç yaxud dörd beş faiz kimi sabit bir qazanc verirlərsə bu icazəli deyil.
Bununla belə ticarət yaxud digər biznes fəaliyyətlərinə qoymaq üçün müəyyən qazanc hissəsi əldə etmək qarşılığında pul verirsinizsə, qazancın yarısı, yaxud dörddə-bir və ya beşdə bir hissəsi sizin olursa bunda da bir xəta yoxdur. Buna mudaraba deyilir.
Lakin (şirkət) sizdən aldığı pul vəsaiti müqabilində yüzdə beş yaxud yüzdə bir faiz şəklində sabit qazanc məbləği verirsə bu halda bu riba sayılır, Nəticə etibarilə icazəli deyil. Sitatın sonu.
Hörmətli Şeyx Abd əl-Əziz ibn Bəz (Allah rəhmət etsin)
“Fətəvə nur alə əd-darb” (3/1460)