media-img_8165

Nə üçün Ğədri Xumm xütbəsi Peyğəmbərin özündən sonra siyasi varis təyin etməsi kimi anlaşılmamalıdır?

1. Əvvəla ona görə ki, ərəb dilində “vəli” (ondan törəmiş mövla) sözünün mənası açıq və aydındır. Bu dost, yoldaş deməkdir və heç bir lüğətdə “siyasi varis” olaraq açıqlanmır.

2. Peyğəmbər s.ə.v özündən sonra siyasi varis elan edəcək olsaydı bunu Xumm nohurlarının bsaşındakı bir neçə yüz nəfərə deyil Vida xütbəsini söylərkən Məkkədə həcc üçün toplaşmış 100 min nəfərə edərdi.

3. Dövlət başçılığı ümuma, topluma, ümmətə vəkalət olduğu üçün Allah bu kimi işlərin həlli yolunu Qur’anda, Şura (məşvərət, sovet) surəsinin 38-ci ayəsində bəyan etmişdi. – “O kəslər üçün ki, . . . işləri barədə öz aralarında məşvərət edirlər”.

4. Allah siyasi hakimiyyətin Peyğəmbərin mənsub olduğu Haşim soyunda olmasını murad etsəydi Peyğəmbərin üç oğlundan (Abdullah, Qasım, İbrahim) birini sağ qoyar, azyaşlı ikən canlarını almaz, onlardan biri atalarının varisi olardılar. Beləcə bu işdən ötürü əmisi oğlu və kürəkəninə ehtiyac qalmazdı. Allahın belə bir əmri, iradəsi və muradı olmamışdır.

5. Əbu Bəkr “Bəni Saidə kölgəliyi” adlanan yerdə toplanmış şura tərəfindən yediliklə xəlifə seçilmiş, Mədinədəki rəy əhli müsəlmanlar ona bey’ət etmiş, sədaqət andı içmişdilər. Əbu Bəkr və Ömərin hakimiyyəti dövründə daxili sabitlik, sülh, sükunət, əmin-amanlıq tam təmin olmunmuşdu. Bu da Əbu Bəkrlə Ömərin siyasi liderlik qabiliyyət və bacarıqlarının digərlərindən daha üstün olduğunu göstərir.

6. Maraqlı bir şəkildə İran mənşəli Büveyhilərin İraqda hakimiyyəti ələ keçirdikləri tarixə (946) qədər Əli ibn Əbu Talibin (r.ə) soyundan olan şəxslər Ğədri-Xumm deyə bir günün ildönümünü xatırlamırdılar belə. Büveyhilərə qədər həmin günü bayram etmək heç kimin ağlına gəlməmişdi. Büveyhilərdən Muizüdövlənin əmri ilə hicri 352-ci ilin zilhiccə ayında (yanvar 964) ilk dəfə Bağdadda təbil və şeypur sədalarının müşayəti ilə “ğədri-xumm” bayramı keçirilmişdi. Bayram edilən günün gecəsi isə şəhərin bazar, meydan və küçələri məşəllərlə işıqlandırılmışdı. Buveyhilər bu məqsədlə əzana “əşhədu ənnə Əliyyən vəliyullah” ibarəsini də əlavə etmişidlər. Büveyhilər dövründə əzana “əşhədu ənnə Əliyyən vəliyullah, Muhəmməd və Əli xeyr əl-bəşər” kimi ifadələrin də əlavə olduğu qeyd edilir. Lakin Büveyhilər dövründə İraqda yaşamış müasir cəfəri məzhəbinin banisi sayılan şiə alimlərindən şeyx Müfid (öl. 1022) bu ifadənin ifrat şiə firqələrdən mufəvvidənin uydurması olduğunu bildirmiş və əzana “həyyə ələl-xeyr əl-əməl” cümləsindən başqa heç bir şeyin əlavə olunmaması gərəkdiyini qeyd etmişdir. Sözügedən dövrdə yaşamış digər bir şiə alimi, “Şeyx Səduq” olaraq tanınan Muhəmməd ibn Babaveyh əl-Qummi (öl. 991) də əzandakı “əşhədu ənnə Əliyyən vəliyullah” ifadəsinin ğulat şiədən saydığı mufəvvidənin uydurması olduğunu bildirir və onları lənətləyir.

DAHA GENİŞ MƏLUMAT (ARAŞDIRMA) ÜÇÜN👇🏻

“Qədir-Xum bayramı” və Qədir-Xum hadisəsinə tarixi baxış | geniş araşdırma| (BURA TIKLA, OXU)

 

Tarix üzrə fəlsəfə doktoru, Elnur Nəsirov

 

 

📌📌📌📌

“İran mənşəli bir şiə xanədanlığı olan Buveyhoğulları (Buveyhilər) Bağdad şəhərində yüz ildən çox (932-1062) hökmdarlıq etmişdi. Onların iqtidarı zamanı imami şiəliyi bütün sahələrdə himayə olunmuş, şiəliyin əsas qaynaq əsərləri qələmə alınmış, məzhəbin ayin və mərasimləri ilk dəfə tətbiq edilməyə başlanmışdı.
Şiəlikdə dörd qaynaq hədis kitabı hesab olunan “Kutubu ərbəa” (“Kafi”, “Mən lə yəhduruhul fəqih”, “İstibsar”, “Təhzib”) bu dövrdə tərtib olunmuş, onları qələmə alan oniki imami şiəliyin ən qədim və mötəbər alimləri sayılan (fars əsilli) Kuleyni, şeyx Əbu Cəfər ət-Tusi, şeyx Səduq bu dövrdə bu dövlətdə yaşamışdılar. Qədir-Xum bayramı, Məhərrəmlik mərasimləri və əhli beyt imamlarının qəbirlərinə edilən kütləvi ziyarətlər ilk dəfə bu dövrdə təşkil olunmağa başlamışdı.
Şiələrin özlərinə məxsus mərasimlərinin təşkili və ilk üç xəlifəyə aşkar şəkildə lənətlər edilməsi gələcək münaqişələrə zəmin hazırladı….”
( Mehmet Çelenk, “Safeviler döneminin şii-sünni ilişkileri ezetindeki etkisi”, səh 69)

İlk dəfə “Qədir Xum gününü” rəsmi bayram olaraq, Buveyhilər (932-1062) dövləti zamanı onların hökmdarı Muizzidevlə Əhməd ibn Buveyh hicri 352-ci, miladi 963-cu ildə elan etmişdir. Buveyhilər dövləti indiki İraq və İran ərazisinin bir hissəsini əhatə edirdi.
Hicri 362-ci ildə isə Misirdə hakimiyyətdə olan Fatimi xəlifəsi Muiz-lidinillah bu günü rəsmi bayram etmişdir.

Bənzər Məqalələr