Sual: Məni iş vaxtı hara göndərirlərsə ora gedirəm və namazı fərqli yerlərdə qılası oluram. Çox vaxt qibləni təyin edə bilmirəm. İstədiyim yerdə qibləni seçib namazı qılsam günah sayılacaqmı?

 

Cavab: Dəyərli qardaş,

1) Çalışın mütləq əvvəlcə namaz qılan və ya qibləni bilən oranın daimi sakinlərindən birindən soruşun. Çünki, bu Allaha ibadətdir, bir-neçə dəqiqə qibləni axtarmağa gedən vaxtla heç nə olmaz, əksinə savabdır.

2) Sonra isə imkan olsa yaxında məscid varsa, orada da qıla bilərsiniz.

3) Əgər qiblənin istiqamətini bilən heç kimi tapmasanız, onda özünüz günçıxanla günbatan arasını tapıb cənuba tərəf yönəlin, sonra bir azca sağ tərəfə durub namazınızı qılın. Belə halda tam qibləyə isabət etməsəniz də namaz keçərlidir. Lakin yəqin ki, çox vaxt yaxşı axtaranda qibləni bilən tapmaq olur.

Daha düzünü Allah bilir!

 

www.islamevi.az saytının elmi heyəti tərəfindən cavablandırıldı.

Bənzər Məqalələr