QIZIL KÜPƏSİ
Qədim zamanlarda bir kişi birindən torpaq sahəsi satın alır. Aldığı ərazidə bir qızıl küpəsi tapır və aldığı adama:
— Qızıllarını götür, mən səndən torpağ aldım, qızılları yox, — deyir. Torpağı satan da:
— Mən sənə torpaqla yanaşı onun içindəkiləri də satmışam, — deyə qızılları götürmür. Beləliklə, hər ikisi barələrində düzgün hökm çıxarılması üçün qazinin yanına gəlirlər. Qazi:
— Sizin övladınız varmı? — deyə soruşur. Onlardan biri:
— Mənim bir oğlum var, — deyir. O birisi də:
— Mənim də bir kənizim var, — deyə cavab verir. Bundan sonra qazi:
— Oğlanla qızı evləndirin, qızılları da özünüzə xərcləyin, — deyərək hökm verir. Hər iki iddiaçı bu hökmlə razılaşır.
————-
PEYĞƏMBƏRİN (S) DİLİNDƏN ÇIXAN
SƏHİH RƏVAYƏTLƏR
YUSİF ƏLİ BƏDYƏVİ
(Ərəb dilindən tərcümə edən: Rəsul Ömərov)