Qonşu Haqqı
Qurani Kərimdə müsəlmanların gözəl davranmalı olduğu insanlar arasında qonşularda göstərilir.
Allaha ibadət edin və Ona heç bir şeyi ortaq qoşmayın. Ana-ataya, yaxın qohumlara, yetimlərə, yoxsullara, yaxın qonşuya, uzaq qonşuya, yanınızdakı dosta, yolda qalmışa və sağ əllərinizin malik olduqlarına güzəlliklə davranın. Çünki, Allah, hər böyüklük edib öyünəni sevməz. (Nisa Surəsi, 36)
Allahın Rəsulu (s.a.v.) qonşularına edə bildiyi hər yardımı edər və onların yaxşı bir həyat sürməkləri üçün bütün cəhdləri edərdi. Onlara yaxın davranar və tez-tez xətirlərini soruşardı. Çevrəsindəki maddi və mənəvi ehtiyacı olanlara hər kəsdən əvvəl köməyə qaçardı.
Peyğəmbərimizin bu sözü qonşu haqqının vacibliyini açıqlamağa yetir: “Hz. Cəbrayıl mənə qonşu haqqı barəsində o qədər sıx-sıx tövsiyələr etdi ki, qonuşunun qonşuya varis olacağını zənn etdim. “(Buxari, Müslim)
Rəsulullah Əfəndimiz (s.a.v.), əshabına qonşularıyla yaxşı davranmağı, onları qorumağı, imkanları ölçüsündə yardım etməyi tövsiyə etmişdir. Bəlkə Rəsulullah Əfəndimizdən başqa heç kim qonşu haqqı məsələsinin üstündə belə durmamışdır. Bu Onun hədislərində də açıq anlaşılır. Qonşulara qarşı möminlərin vəzifələri, ana, ata və həyat yoldaşına qarşı olan vəzifələrlə bir tutulmuşdur.
“Allaha v axirxt gününx inanan qonşusuna güzəşt etsin.” (İbni Macə)
Hz. Ayşə belə buyurur: “Bir gün ‘ey Allahın Rəsulu iki qonşum var, hansına birinci hədiyyə verim? dedim.”Rəsulullah, ‘sənə hansı qapı daha yaxındırsa ona ver’ cavabını verdi.”
Hazırlayan: Gülnar Ələsgərov