media-img_1804

“Onların (Məkkə müşriklərinin), Kəbənin yanındakı duası – fit vermək və əl çalmaqdan başqa bir şey deyildir. Elə isə inkar etdiyinizə görə dadın əzabı!” (Quran, 8/35)

 

Rəvayətə görə, cahiliyyə dövründə müşrik kişi və qadınlar Kəbəni çılpaq təvaf edirdilər. Təvaf əsnasında onlar fit çalır və əlləri ilə alqış tuturdular. Bu, onlara görə dua sayılırdı. Yuxarıdakı ayədə onların bu batil əməllərinə işarə edilmişdir.

 

Məlum olduğu kimi, Allahın vədi yerinə yetmiş, qısa müddət sonra Məkkəli müşriklər məğlub olmuş, etdikləri batil əməllər və uydurma ideologiyaları isə, tarixin tozlu səhifələrində itib-batmışdır.

 

Burada günümüzdə özündən ibadət növləri uyduran və ya nəfsi rahatlığı üçün “vasitələr” axtaran kəslərə də işarə edilmişdir. Çünki, Quranın məqsədlərindən biri – keçmişdən misallar verməklə, yaşanılan dövr üçün ibrət alınmasına vəsilə olmaqdır.

 

Ayxan Yaquboğlu

Bənzər Məqalələr

media-img_2283

Haqq din olan İslam dini Rəbbin vəhyi olan Qurani-Kərimə əsaslanır və bu dini, vəhyi qəbul edərək insanlara çatdıran şəxs Allahın Elçisi və Nəbisi Həzrəti Muhəmməd Mustafa ibn Abdullah ibn Abdulmütəllibdir. […]
Daha ətraflı