featured-image-1841

Sual- İslam dininin rəngli kontakt linzalar geymək barəsində hökmünü bilmək istəyirəm.

Cavab- Həmd Allaha məxsusdur.

Kontakt linzaların iki növü var:

1. Göz kontakt linzası: uzaqdan və yaxından görməyi tənzimləmək üçün istifadə olunur. Mütəxəssis göz həkiminin məsləhəti əsasında bu cür kontakt linzalardan istifadə etməkdə heç bir xəta yoxdur.

2. Rəngli kosmetik kontakt linzalar: Bunların hökmü zinət hökmündədir. Əgər qadın bunları öz əri üçün geyinirsə bunda bir qəbahət yoxdur. Lakin bunu digər insanların onu görəcəyi bir yerdə geyirsə, o zaman bu fitnəyə və cəzb etməyə səbəb olmamalıdır. Həmçinin şərtlərdən biri də budur ki, bunun zərəri olmamalıdır və aldatmaq (gözəl görünmək üçün geyinərək əslini gizlətmək) və yaxud yalana dair bir amil olmamalıdır. Yəni qadın bunları ona evlənmək üçün gələn kişiyə özünü gözəl göstərməsi üçün taxmamalıdır. Həmçinin bunlar israfa səbəb olacaq qədər baha olmamalıdır. Allah təala buyurur: “…israf etməyin. (Allah) israf edənləri sevməz!” (Əl-Ənam 6:141)

Muhammad Saleh əlMunəccid

Bənzər Məqalələr

media-img_3438

Bəzi şeylər zamanı gəlmədən gerçəkləşmir. Daim mübarizə aparmaq, hər bir təfərrüatı nəzarətdə saxlamağa çalışmaq və nəticələrə ilişib qalmaq insanı yorur. Halbuki insan hər şeyi idarə edə bilməyəcəyini qəbul etdikdə, daxilindəki […]
Daha ətraflı