featured-image-3558

Sual: Mən zövcəmlə (arvadımla) mübahisə etdim və mübahisədən sonra öz-özümə (öz içimdə) tələffüz etmədən dedim: “Nə üçün ona: “Səni boşayıram”-deməyim? Ona belə deyəcəm: “Sən boşanmısan”. Buna görə mənim üzərimə hər hansı bir məsuliyyət düşür? Həmçinin nəzərə alın ki, mən heç bir şey tələffüz etməmişəm. Mənə fətva verin, Allah sizi xeyirlə mükafatlandırsın.

Cavab: Əgər məsələ, vəziyyət sizin vəsf etdiyiniz kimidirsə, o zaman boşanma sayılmır, çünki yalnız niyyətlə olan boşanma sayılmır. Boşanma (talaq) yalnız sözlə və yaxud yazı ilə olur. Bu da Peyğəmbərin sallallahu aleyhi və səlləm sözlərinə əsaslanır: “Onlar (daxilində düşündükləri ilə) buna əməl etmədikçə və (dil ilə söyləmədikçə) ifadə etmədikçə, həqiqətən Allah mənim ümmətimdən onların daxilində (düşündüklərini) olanları hesaba qatmır (saymır)”.[1]

Fətəvə İsləmiyyə, cild 6, səh.47-48 DARUSSALAM

[1] Buxari və Muslim Əbu Hüreyra radiyallahu anhuya istinadən rəvayət ediblər.

Bənzər Məqalələr

media-img_3438

Bəzi şeylər zamanı gəlmədən gerçəkləşmir. Daim mübarizə aparmaq, hər bir təfərrüatı nəzarətdə saxlamağa çalışmaq və nəticələrə ilişib qalmaq insanı yorur. Halbuki insan hər şeyi idarə edə bilməyəcəyini qəbul etdikdə, daxilindəki […]
Daha ətraflı