featured-image-1851

Sual-Böyük səhabə Abdullah Bin Ömər Allah ondan razı olsun haqqında onun siyasət haqqında heç bir şey bilmədiyini söyləyən kəsin hökmü nədir? Bu cümlə təhqiredicidir.

Cavab-Həmd Allaha məxsusdur.
Abdullah ibn Ömər Allah ondan razı olsun dahi səhabə, mühacirlərin (Məkkədən Mədinəyə hicrət edənlər) ən böyük alimlərindəndir. Biz onu və bütün səhabələri sevməliyik və onlardan razı qalmalıyıq. Onları və onlardan hər hansı birini tənqid etmək olmaz, çünki peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Mənim səhabələrimi söyməyin, çünki ruhum əlində Olana (Allaha) and olsun ki, sizlərdən biriniz Uhud (dağı) boyda qızıl infaq etsəniz, bu (sizin bu əməliniz) onların etdiklərinin bir mudduna (ölçü vahidi) və yaxud onun yarısına çatmaz”.

Güc və Qüdrət Sahibi Allahdır. Allahın salamı və salavatı peyğəmbərimizi Muhəmmədə sallallahu aleyhi və səlləm, onun ailəsinə və səhabələrinə olsun. Sitatın sonu.

Fətəvə əl-Ləcnə əd-Dəimə lil-Buhus əl-İlmiyyə vəl-İftə (26/44)

Elmi və Fətva araşdırma mərkəzi

Bənzər Məqalələr

media-img_3438

Bəzi şeylər zamanı gəlmədən gerçəkləşmir. Daim mübarizə aparmaq, hər bir təfərrüatı nəzarətdə saxlamağa çalışmaq və nəticələrə ilişib qalmaq insanı yorur. Halbuki insan hər şeyi idarə edə bilməyəcəyini qəbul etdikdə, daxilindəki […]
Daha ətraflı