Səhih Müslim (Ayət əl-Kursinin fəziləti)
Ubeyyə ibn Kəab (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Ey Əbu Munzir! Bilirsənmi Allahın Kitabından əzbərlədiyin hansı ayə daha (əzəmətlidir) böyükdür?” Mən: “Doğrusunu Allah və Elçisi bilər!” deyə cavab verdim. Peyğəmbər (s.a.v) belə buyurdu: “Ey Əbu Munzir! Bilirsənmi Allahın Kitabından əzbərlədiyin hansı ayə daha (əzəmətlidir) böyükdür?” Mən “Allahu lə iləhə illə huval hayyul qayyum” (“əl-Bəqərə” / 255) deyə cavab verdim. Peyğəmbər sinəmə vurdu və dedi: “Elm sənə halal olsun, ey Əbu Munzir!”
————-
Səhih Müslim
İmam Əbu əl-Hüseyn Müslim ibn əl-Həccac əl-Quşeyri əl-Neysəburi
Ərəb dilindən tərcümə edənlər:
İsrafilov Anar Telman oğlu
Hacıyev Arif Süleyman oğlu
Redaktor:
Heydərov Rəfail Mikayıl oğlu
Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin
29.12.2009-cu il tarixli DK-408/B saylı məktubu ilə
nəşrə razılıq verilmişdir