Səhih Müslim (Əl-Fatihə surəsinin fəziləti)
Quranın fəzilətləri Kitabi.
Abdullah ibn Abbas (r.a) belə rəvayət edir: “Cəbrail Peyğəmbərin (s.a.v) yanında oturan zaman Peyğəmbər yuxarıdan qapı səsinə oxşar bir səs eşitdi və başını qaldırdı. (Cəbrail) dedi: “Bu, göydə bir qapıdır. Bu gün açıldı. (Bundan əvvəl) heç vaxt açılmayıb, yalnız bu gün açıldı. Bu zaman oradan bir mələk endi. (Cəbrail) dedi: “Bu Yer üzünə enən bir mələkdir. Bu günə qədər Yer üzərinə heç enməmişdir”. Mələk salam verdi və dedi: “Sənə verilən iki nur ilə müjdələn! Bu iki nur səndən əvvəl heç bir peyğəmbərə verilmədi. Bu iki nur, Kitabı açan “əl-Fatihə” surəsi və “əl-Bəqərə” surəsinin son ayələridir. Onlardan oxuyacağın hər hərfə görə sənə (savab, etdiyin duan) veriləcəkdir!”
————–
Səhih Müslim
İmam Əbu əl-Hüseyn Müslim ibn əl-Həccac əl-Quşeyri əl-Neysəburi
Ərəb dilindən tərcümə edənlər:
İsrafilov Anar Telman oğlu
Hacıyev Arif Süleyman oğlu
Redaktor:
Heydərov Rəfail Mikayıl oğlu
Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin
29.12.2009-cu il tarixli DK-408/B saylı məktubu ilə
nəşrə razılıq verilmişdir