Səhih Müslim (Quranı, “əl-Bəqərə” və “Ali-İmran” surələrini oxumağın fəziləti.)
Əbu Umama əl-Bəhili (r.a) peyğəmbərdən belə eşitdiyini rəvayət edir: “Quranı oxuyun! Həqiqətən Quran qiyamət günü onu oxuyanlara şəfaətçi olaraq gələcək. “Zəhravaynı (iki çiçək)”, yəni “əl-Bəqərə” və “Ali-İmran” surəsini oxuyun! Həqiqətən bu iki surə qiyamət günü iki bulud, ya da iki kölgə və yaxud göy üzündə qanadlarını açmış iki quş dəstəsi kimi gəlib oxucularını qoruyacaqdır. “Əl-Bəqərə” surəsini oxuyun! Həqıqətən onu oxumaq bərəkətdir. Onu tərk etmək isə peşmançılıqdır! Sehirbazların ona gücü çatmaz!”
————-
Səhih Müslim
İmam Əbu əl-Hüseyn Müslim ibn əl-Həccac əl-Quşeyri əl-Neysəburi
Ərəb dilindən tərcümə edənlər:
İsrafilov Anar Telman oğlu
Hacıyev Arif Süleyman oğlu
Redaktor:
Heydərov Rəfail Mikayıl oğlu
Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin
29.12.2009-cu il tarixli DK-408/B saylı məktubu ilə
nəşrə razılıq verilmişdir