Səhih Müslim (Quranın oxunduğu zaman rahatlıq, sakinlik, hüzur) enməsi)
Əl-Bəra (r.a) belə rəvayət edir: “Bir kişi “Kəhf” surəsini oxuyurdu.Yanında iki uzun kəndirlə bağlanan at var idi. (O kişinin ətrafını) bulud bürüdü. Bulud dönməyə və yaxınlaşmağa başladı. Atı da bundan hürkdü. Səhər açılanda bu kişi Peyğəmbərin yanına gəlib (baş verənləri) ona bildirdi. Peyğəmbər belə buyrdu: “Bu səkinətdir, Quran üçün enmişdir.”
Əbu Səid əl-Xudri (r.a) belə rəvayət edir: “Useyd ibn Hudeyr bir gecə xurma qurudulan yerdə Quran oxuyarkən atı şahlandı. O, oxumağa davam etdi. Sonra atı bir daha şahlandı. Useyd belə demişdir: “Atın (oğlum) Yəhyanı tapdalamağından
qorxdum və qalxıb atın yanına getdim. Bu arada başımın üstündə içində parıltılıar olan kölgə kimi bir şeyin yavaş-yavaş yüksələrək gözdən itdiyini gördüm. Səhər Peyğəmbərin yanına getdim və belə dedim: “Ey Allahın Elçisi, dünən gecə, xurma qurudulan yerdə Quran oxuyarkən, birdən atım şahlandı.”Peyğəmbər (s.a.v) belə buyurdu: “Oxu, Hudeyrin oğlu!” Oxumaqda davam etdim. Sonra at yenə şahlandı. Peyğəmbər (s.a.v) yenə: “Oxu, Hudeyrin oğlu!” deyə buyurdu. Oxumaqda davam etdim. Sonra at yenə şahlandı. Peyğəmbər (s.a.v) yenə də “Oxu, Hudeyrin oğlu!” dedi. Artıq Quran oxumağı dayandırdın. (Oğlum) Yəhya ata yaxın bir yerdə idi. Qorxdum ki, uşağı at tapdalayar. O vaxtı içində parıltılar olan bir kölgə göyə qalxdı və gözdən itdi. Peyğəmbər (s.a.v) belə buyurdu: “O, mələklər idi. Sənin (Quran oxumağına) qulaq asırdılar. Əgər səhərə qədər (quran) oxumağa davam etsəydin, insanlar da onları görərdilər. Onlar (insanlardan) gizlənməzdilər.”
—————–
Səhih Müslim
İmam Əbu əl-Hüseyn Müslim ibn əl-Həccac əl-Quşeyri əl-Neysəburi
Ərəb dilindən tərcümə edənlər:
İsrafilov Anar Telman oğlu
Hacıyev Arif Süleyman oğlu
Redaktor:
Heydərov Rəfail Mikayıl oğlu
Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin
29.12.2009-cu il tarixli DK-408/B saylı məktubu ilə nəşrə razılıq verilmişdir