Səhih Müslim (Şeytanın öz ordularını insanları fitnəyə salmaq üçün göndərməsi.)
Dördüncü fəsil: Şeytanın öz ordularını insanları fitnəyə salmaq üçün göndərməsi.
Cabir (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “İblis öz taxtını suyun üzərində qurur. Sonra öz ordularını göndərir. Bunların ən çox fitnə edəni, ona ən yaxın olanıdır. Onlardan biri gəlib belə və belə etdim deyir. (İblisdə ona ) belə deyir: “Heç bir şey etmədin!” .Sonra onlardan biri gəlib deyir: “Kişini arvadından ayırmadan onları tərk etmədim!” İblis onu özünə yaxınlaşdırır və deyir: “Sən nə yaxşısan!” Əmaş deyir ki, zənn edirəm: “Onu mülazim edər!” dedi.”
————————
Səhih Müslim
İmam Əbu əl-Hüseyn Müslim ibn əl-Həccac əl-Quşeyri əl-Neysəburi
Ərəb dilindən tərcümə edənlər:
İsrafilov Anar Telman oğlu
Hacıyev Arif Süleyman oğlu
Redaktor:
Heydərov Rəfail Mikayıl oğlu
Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin
29.12.2009-cu il tarixli DK-408/B saylı məktubu ilə
nəşrə razılıq verilmişdir