featured-image-3299

Əbu Səid əl-Xudri (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «Qiyamət günü Uca Allah: «Ey Adəm!» – deyə buyuracaq. Adəm deyəcək: «Buyur, hüzurundayam və əmrinə müntəzirəm. Xeyir yalnız Sənin Əlindədir!» Allah buyuracaq: «Cəhənnəmə vasil olacaq kimsələri ayır!» Adəm deyəcək: «Cəhənnəmə vasil olanların (sayı) nə qədərdir?» Allah buyuracaq: «Hər min nəfərdən doqquz yüz doxsan doqquzu (Cəhənnəmə gedəcək)». «O zaman uşaqların saçları ağaracaq, hamilə qadın bətnindəkini salacaq, insanları sərxoş görəcəksən, halbuki onlar sərxoş olmayacaqlar. Ancaq Allahın əzabı çox şiddətlidir» (əl-Həcc 2). (Əshabələr) dedilər: «Ya Rəsulullah, hansımız o bir nəfərlərdən olacaq?» Peyğəmbər (s.a.v) buyurdu: «Sevinin! Heç şübhəsiz ki, bir nəfər sizdən, doqquz yüz doxsan doqquz nəfər isə Yəcuc və Məcuc tayfalarından olacaq». Sonra davam edib dedi: «Canım Əlində olan Allaha and olsun ki, mən sizin Cənnət əhlinin dörddə birini təşkil edəcəyinizə ümid edirəm». Biz: «Allahu Əkbər» – dedik. Peyğəmbər (s.a.v) dedi: «Mən sizin Cənnət əhlinin üçdə birini təşkil edəcəyinizə ümid edirəm». Biz (yenə): «Allahu Əkbər» – dedik. Peyğəmbər (s.a.v) dedi: «Mən sizin Cənnət əhlinin yarısını təşkil edəcəyinizə ümid edirəm». Biz (yenə): «Allahu Əkbər» – dedik. Peyğəmbər (s.a.v) dedi: «(O gün) siz (say etibarilə) insanlar arasında, ağ öküzün dərisindəki qara tük və ya qara öküzün dərisindəki ağ tük kimi olacaqsınız».

(əl-Buxari 60. Kitəbu Əhədisil-Ənbiyə 7 (3099, 3170, 3348); ət-Tirmizi 3169, 3467.)

Bənzər Məqalələr

media-img_5646

Allahın elçisi ﷺ müxtəlif hədislərində Allah qatında xeyirli və yaxşı insanların kimlər olduğuna dair belə demişdir: «Ən xeyirliniz Quranı öyrənən və öyrədəndir.» (Sahih əl-Buxari, 5027). «Ən xeyirliniz əxlaqı ən gözəl […]
Daha ətraflı